Saysız variantlar

“Qaz pəncəsi” klassik tvid naxışı və ya nəcib qalay rəngi? Ürəyinə yatan çantanı seç və onu ən azından iki fərqli tərzdə geyin. Obrazına yumşaq ponço və iri rezindən boyunbağı əlavə et.

Təsiredici və gözə çarpan

Dolab geyimlə doludur, amma sən bilmirsən nə geyinəsən? Hər mövsüm üçün bahalı geyimlər almağa dəyməz - tərzini transformer aksessuarlarla dəyiş.

İşgüzar aləmdə ilk təəssüratın böyük önəmi var. Bu payız karyeranda irəliləyiş gözlənilir? İncə və zərif, amma biraz mərd biznes-ledi obrazını yarat. İngilis daması, xətlər və “peysli” naxışı ilə rəngli aksentlər bu məqsəd üçün əla yaraşacaq. Makiyaj, aksessuarlar və ayaqqabı seçimində dolğun qırmızı rəngə üstünlük ver.
Müasir klassika sənin seçimin olsun!