Redaktorun seçimi: Effektivliyi artırmaq üçün 6 ətir

Bu ətirlər sənin hisslərini oyadacaq, səni işə kökləyəcək, çətin vəziyyətdə kömək edəcək və diqqətliliyini artıracaq. Qaldı sənə uyğun parfümu seçmək. Biz sənə 6 ətir təklif edirik. Başlayaq?

1. Men's Collection Citrus Tonic tualet suyu
Günə gümrahlıq hissi ilə başlamamısansa, ümidini itirməyə dəyməz. Ağac və sitrus akkordlu buket sənə enerji verəcək və gününü tam güclə başlamağa kömək edəcək. Bunun səbəbkarı limon notlarıdır - o dərhal gümrahlıq hissi verir və fikrini toparlamağa kömək edir. Yeri gəkmişkən, bu ətir uniseks sayılır, yəni həm kişilər, həm qadınlar üçün uyğundur.

2. Leader kişilər üçün tualet suyu
Gərginlik hissi səni narahat edir? Gəzintiyə çıxa, şirin yeyə və ya dərindən nəfəs ala bilərsən - sakitləşməyin çox üsulu var. Birini də biz təklif edək: lavanda, muskat fındığı və sidr notlu ətir. Bu ətiri sakitliyini, özünə əminliyini və soyuqqanlılığı bərpa etmək üçün istifadə edə bilərsən. Və ya, istədiyin zaman istifadə et. 

3. Women´s Collection Sensual Jasmine qadınlar üçün tualet suyu 
Lavanda kimi jasmin ətiri də sakitləşdirici təsirə malikdir və insanda özünə əminlik hissini yaradır. Tövsiyəmiz jasmin notlu Sensual Jasmine ətiridir. Həmçinin, onun tərkibində ağ güllərin və müşkün notları var.

4. Sublime Nature Tonka Bean parfüm suyu 
Qərar verməliyik, amma ağlımıza heç bir fikir gəlmir - bu hamıya tanış hissdir. Darçın notlu parfüm istifadə et. Darçının ədviyyəli və isti ətiri antidepressiv xüsusiyyətə malikdir və beyin aktivliyini gücləndirir. Bizim seçimimiz tonk paxlalı Sublime Nature-dır. O, vanil, badam, darçın və karamel akkordlarının isti ətiri ilə seçilir. Parfüm suyunun hərtərəfli ətiri sanki ikinci dərin kimi hiss olunur və insanı düzgün səmtə kökləyir. 

5. Paradise parfüm suyu
Fikrini toparlamaq üçün daha bir ətir. Çəhrayi bibər notlarının təsiri səni gümrahlandıracaq və stimullaşdıracaq. Həmçinin, parfüm suyunun tərkibində jasmin, pion, sidr və müşk akkordları var.

6. Venture tualet suyu
Özünə əminlik hissi, sağlam düşüncə və soyuqqanlılıq - bu duyğunu yaşamaq üçün istiot nanəsinin ətiri ilə kombinə olunmuş sidr ağacının akkordları, reyhan və muskat fındığının notları kömək edəcək. Təravətləndirici ətir səni ruhlandıracaq və arzuolunan sakitliyi bəxş edəcək.веренность, ясный ум и холодная голова — добиться такого ощущения помогут ароматы перечной мяты в сочетании с древесными аккордами кедра, нотой базилика и мускатного ореха. Освежающий аромат вдохновит на свершения и вселит желанное спокойствие. 

Mətn: Şəkil: Oriflame