Okeandan ilham almış

Yeni byüti-trendi qarşıla: mavi rəng çalarları, okean küləyinin təravətləndirici küləyi və okean dalğalarından ilham alan tekstur. Çimərlik mövsümü üçün bizə lazım olan hə şey!

Daxildən dəniz

Okean dərinliyi – dəri sağlamlığı və gözəllik üçün lazım olan dəyərli maddələrin tükənməz mənbəyidir. Kürü ekstraktı, sakit okean laminariyası və dəniz yosunu dəri hamarlığını artırır. Yosunlar antioksidantlarla zəngindir, onlardan bəziləri isə, məsələn, qırmızı yosunlar  nəinki dəridə mayeni saxlamağa kömək edir, həmçinin erkən yaşlanmaya səbəb olan sərbəst radikallarla mübarizə aparır.

Okean xəzinəsi
Aksessuarlar və geyimlərdə dəniz mövzusu hələ də məhşurdur. Baxmayaraq ki, dənizçilər deyil, su pəriləri dəbdədir. Bu o deməkdir ki, geyimlərdə dəniz dalğaları və elementləri nə qədər çox olsa o qədər yaxşıdır. 

Bütün güc damcılardadır
Dəriyə qulluq vasitələrinin hər birinin əsas tərkib hissəsini – su təşkil edir.  Yeni trend olan – təmizləyici vasitələrin qazlı sudan hazırlanması bizə Cənubu Koreyadan gəlib. Yenilik tərəfdarları bildirirlər ki, damcılar oksigeni dəri hüceyrələrinə daha yaxşı ötürüllər. 

Blue Wonders
Ətriyyatçı-ustalar yay haqda romantik xatirələrini öz sənət əsərlərində canlandırmaq isyəyillər. Bu cəhdlərdən biri kimi okeandan ilham almış zərif ətirlərində tərkibində olan dəniz duzu notunu misal görsədə bilərik. Orifleymin yeni ətri olan Blue Wonders  ətrinin yaradıcısı Domitiy Berte dəniz eleksirini – hissiyyatları yeniləyən unikal ətir elementi hazırlamışdır. Domitıy öz yeni əsərini: bu ətir həqiqətən də məmnunluq və sakitliq hissi gətirən “dəniz və su ətridir“ deyərək təsvir edir. 

Blue Wonders ətrini buradan ala bilərsiniz

Sağlam güc

Bizim orqanizmimiz bədənimiz üçün lazım olan Omeqa-3-dən başqa yağ turşularını istehsal edə bilir. Onlar əsas yağlar kimi təsnif edilərək orqanizmimizə yalnız qida məhsulları ilə, məsələn yağlı balıqlarla daxil ola bilər, Daha bir vacib məhsul – dənizdən toplanan, tərkibində lazimi vitamin və amin turşuları olan spirulin, göy-yaşıl yosunudur. Həmçinin yosunlardan toplanaraq cavanlığı saxlayan , güclü antioksidant olan astaksantindir

Göyün bütün çalarları

Göy qamma – şübhəsiz olaraq bu mövsümün əsas elementidir. Göz kölgələrində dolğun kobalt, dırnaqlarda əlvan akvamarin – bu hələ sənin yay mövsümündə kosmetik çantanda ola biləcək cəmi iki trenddir.

 









Mətn: Şəkil: Getty images