Qala-gecə üçün ziyafət geyimi seçmək?

Təntənəli mərasimlərə dəvət almaq həmişə xoşdur. Xüsusi ilə də dolabda gözəl ziyafət geyimi və ya smokinq olduqda. Bəs olmasa necə? Ümumiyyətlə qala-gecəyə necə geyinmək lazımdır. Bu sualı Orifleymin rəsmi vizajisti Roman Belosnejniy cavablandıracaq.

Adətə görə ziyafətin formatı dəvətnamənin üzərində qeyd olunur: Black tie, White tie, Cocktail – artıq bu halda “Nə etmək” sualına avtomatik cavab tapılır. Lakin təşkilatçılar ziyafət geyimi adı altında dəvətnamə təqdim ediblərsə, onda müəyyən dress-kodlara riayət etmək lazım olacaq. Bizim halda ən yazgün Creative black tie dress-kodu olacaq – bunu “Qara qalstuk” kimi tərcümə edə bilərik.  

Kişilər üçün bu dress-kod formalal kostyumun müxtəlif dəb yenilikləri ilə uyğunlaşdırılması kimi nəzərdə tutulur. Məsələn, qeyri-adi aksessuarlarla smokinq: bura qeyri-adi hər şey daxil ola bilər. Ən ciddi insanlar üçün – dəbli rəngli klassik smokinq, qara şalvar, kreativ kəpənək-qalstuk və laklı oksford-ayaqqabılar.

Daha sadə həll yolu – tünd-göy rəsmi kostyum, donuq -qara okford-ayaqqabı və heç də kostyumun rəngi ilə uyğun gəlməyən qeyri-adi kəmənək-qalstuk.  

Əsas qayda: əgər şalarda kəmək yeri varsa, demək kəmətin taxılması mütləqdir. Kəmərin rəngi ayaqqabının rənginə, klassik kostum seçmişsinizsə, qara olaraq onun rənginə uyğun ola bilər.

Qadınlar üçün variant:  uzun paltar və ya axşam komplekti. Məsələn,əl çantası və laklı ayaqqabılarla uyğunlaşdırılmış uzun məxməri don və ya tünd parıltılı elementlərlə tikilmiş kokteyl donu. Ancaq tünd rəngli ziyafət geyimlərinə üstünlük verməniz tövsiyə olunur. 

Daha sadə həll – Tünd göy, və ya tünd qırmızı rəngdə ipəkdən, şifondan və ya atlasdan orta uzunluqda donu zərif ayaqqabı və ya klaçla uyğunlaşdırmaq. 

Aksessuar seçdikdə həddi aşmayın. Əgər güzgü qarşısında daha nə taxım sualını verirsinizsə, çox böyük ehtimalla taxdığınız aksessuarlardan azad olmanız lazımdır.

Və ziyafətin ən əsas qaydası: qala-gecədə yüksək əhval-ruhiyyədə olmaq və digərlərindən daha çox mükəmməl görünməmək. Orifleymin qala-gecələrində görüşənədək!

Mətn: Şəkil: Орифлэйм