Kosmetik çantanı sıfırdan yığırıq

Tuşu, dodaqlar üçün balzamı tez-tez çəkib evdən çıxırsan? Makiyaj etmək istəyirsən, amma qulluq vasitələrinin çeşidləri səni çaşdırır? Az vaxt və pul sərf edərək istənilən obraz üçün düzgün makiyaj seçimi haqda danışacayıq. Sınayacaqsanmı?

1. SƏHƏRİN SEHRİ 

Evdən 15 dəqiqəyə çıxmalısan, amma sən hələ də hazır deyilsən? Makiyaja vaxtın yoxdur? Sənə tez, sadə və yeni makiyajı göstəririk.

Yüngül tonal kremi gözlərin altındakı qara dairələrə, qızartılara, səpmələrə çək. Dərin səni qane edirsə, sadəcə kirşan əlavə et.
— Gülümsə və yanaqlarına açıq çalarlı ənlik əlavə et.
— İndi isə tuşa keçək. Fırçanı öz tərəfinə bur (saç düzümü zamanı etdiyin hərəkət ilə) ki, kirpiklərin bükülmüş formada olsun. Dodaqlarına çalarlı qidalandırıcı balzam çək.

2. İŞDƏN SONRA

İşimizi çətinləşdiririk: işdən sonra sən teatra, görüşə və ya digər bir yerə gedirsən. Bir neçə hərəkətə gündəlik obrazını dəyişə bilərsən.

— 
Göz üçün qələmlərlə kirpiklər arasında boşluqları doldur. Bu, oxları çəkməkdən daha asandı, amma “təsiri” heç də ondan zəif deyil.
— Göz qapaqlarına sayrışan kölgələr çək və üzərindən bir lay tuş əlavə et. Dodaqlarına şaftalı parıltısı çəkin.

3. BU MƏNİM PARTİMDİ

Partiyə hazırlaşırsan? Rahatlıq mühitindən çıxmağa çalış! Rəngli kölgələr və parlaq dodaq boyalarını uyğunlaşdırmaq üçün top-vizajist olmağa gərək yoxdur. Şənlən və daha cəsarətli ol: bu sadəcə makiyajdı - onu istədiyin zaman silə bilərsən.

— 
Göz qapağına qəhvəyi kölgələri çək . O, bütün göz rənglərini vurğulayır. Kölgələri barmaqlarınla da çəkə bilərsən!
— Dodaqların üçün dodaq boyasının parlaq çalarlarını seç. Əgər düz kontur çəkmək alınmırsa, qələmnazik fırçadan istifadə et.
— Dırnaq boyasını unutma: onu makiyaja, geyimə və aksessuarlara uyğun seç.


Mətn: Şəkil: Oriflame