Ev şəraitində gözəllik salonu qulluğu

Ev şəraitində spanın əsas üstünlüyü ondan ibarətdir ki, evdə sən daha çox rahat olursan. Biz sənə ev şəraitində spadan yüksək dərəcədə həzz almaq və rahatlanmağı başa salacayıq.

HƏMİŞƏ TƏMİZLİKDƏ 
Yəqinki sauna sənin xoşuna gəlir! Qaynar su məsamələri açır, tərlə birlikdə toksinlər də çıxır və qan dövranı yaxşılaşır – bu hissləri heç bir şeylə əvəz etmək mümkün deyil. Ev şəraitində bunu sauna effektini təkrar etmək üçün, həcimli bir qabı qaynar su ilə dolduraraq başını aşağı edərək 10 dəqiqə ərzində üzünü buxara tut. Effekti daha da yaxşılaşdırmaq üçün dərmalla örtün. Seansdan sonra zərif skrabdan istifadə et. 

MASKA, MƏN SƏNİ TANIYIRAM

Əlbəttə ki, ev şəraitində gözəllik salonu effektinə nail olmaq kifayət qədər çətindir, lakin üz üçün xüsusi qulluq maskaları dərini təravətləndirəcək və cavanlaşdıracaq.

Əgər tərkibində yağ olan qulluq vasitəsindən istifadə etmək istəmirsənsə , nəmləndirmə effekti üçün sənə qel-maska uyğun gələcək – o həssas dərini sakitləşdirir və nəmləndirir. Yaşlı dərinin nəmləndirmək üçün parça maskalar daha çox uyğun gələr. Hansının ki, üzərində nəmləndirici vasitə çəkmək olar. Əgər dərində nöqsanlar varsa, gil maskası məsamələrdəki ölü hücüyrələri təmizləyəcək və dərini qara nöqtələrdən qurtaracaq. Qabıqverici maska isə ölü hüceyrələr və çirkdən təmizləyəcək. Əlbəttə ki, istənilən maska ilk növbədə sakitləşməyə kömək edir. 

MASSAJ STOLU

İsti duş və ya vanna sənin dərinə yumşaqlıq və ipəklik verir. Massaj əlcəkləri və bədən üçün skrablar möcüzələr yaradır: ən əsası unutma ki, hərəkətlər dairəvi olmalıdırlar. Massaj sabunu və ya bədən şotkası qan dövranını yaxşılaşdırır və selyülit olan hissələrə qanın daha yaxşı çatmasına səbəb olur. Seansın sonunda dərinə yumşaldıcı yağ sürt. Sənə gün boyu özünü əla hiss etməyə söz veririk!



SAÇ ÜÇÜN MASKA

Saçının nə qədər sınaqlardan keçdiyini bilirsən? Qaynar fenlər, sprey və gel, həmçinin boyanma! Ancaq onlara əziyyət vermədən həyat gücünü bərpa etmək üçün sənə saçlar üçün maska kömək edəcək. Məhz hansı vasitədən istifadə etməyinə görə onun nazik və ya qalın daraqa saçlara çək və onları yumuşaq bir dəsmalla bağlayaraq bir müddət saxla. Saç maskalarının tərkibində təbii yağlar ( badam yağı, şi yağı, arqan yağı və.s)  saçları nəmləndirir, bərpa edir, həmçinin onlara parıltı və sağlam görünüş verir.


AYAQLARA RAHATLIQ
Yorğun ayaqlara qulluq etməkdən daha yaxşı nə ola bilər? Ayaqlarını ilıq vannaya sal və sürtücü vasitələrlə kobud dərini sürt. Xüsusi bıçqı ilə ölü hüceyrələri təmizləyərək, dabanlara yumşaqlıq vermək üçün xüsusi maska çək. Daha artıq təsir üçün xüsusi yumşaldıcı corab geyin




Mətn: Şəkil: Kristin Wreyford