Sonsuz: saçqıranlı saçlardan azad oluruq

Saçların qırılmağından və sonsuz saçqıranlı ucluqlardan bezmisiz? Stop, saç ustasına zəng vurmağa tələsməyin! Bizdə bu problemi ev şəraitində aradan qaldırmaq üçün beş üsul var.

1. SAÇLARI YUMAMIŞDAN ÖNCƏ DARA

Əgər saçlarını səhər və ya axşam yuyursansa, yəqinki onlar heç də yaxşı vəziyyətdə deyillər. Gecə yatdıqdan sonra dolaşmış və ya gün boyu qarışmış saçalar heç də yaxşı vəziyyətdə olmur. Duşa girməmişdən öncə saçlarını daramağı vərdiş et. Bu vərdiş saçlarında saçqıranəmələ gəlməsinin qarşısını alacaq.  

2. YUYULMAYAN VASİTƏLƏRDƏN İSTİFADƏ ET

Kondisionerdən istifadə saçlara hamarlıq verərək dolaşıqlığın qarşısını alır. Lakin saçqıranlı saç ucluqlarına gəldikdə isə sənə daha güclü vasitə lazımdır. Uzunmeddətli bərpa üçün yuyulmayan zərdab və yuyulmayan vasitədən istifadə et.

Tövsiyə edirik: "Ekspert - Bərpa" saçların haçalanmış ucları üçün zərdab-qulluq"Ekspert-Qulluq" saçlar üçün CC-krem

3. FENDƏN İMTİNA ET (HEÇ OLMASA BİR MÜDDƏTLİK)

Fen, ütü fen və ya saç burmaq üçün isti alətlər — saçlarını zədələyə bilər. Onlardan tez-tez istifadə etmə, lakin həmişə buruq və həcmli saçlar yaratmaq istəyirsənsə saç düzümündən öncə müdafiə vasitələrindən istifadə etməyi unutma. 

Dərhal al: "İdeal Staylinq" saç düzümü üçün yuyulmayan sprey-termomüdafiə

4. SAÇ YAĞINDAN İSTİFADƏ ET

Zədəli saçlaraqulluq edərək onu bərpa edən vasitələrdən biri saç yağıdır. O saçın daxilinə nüfuz edərək onu dərindən qidalandırır. Biz sənə Eleo yağını tövsüyə edirik. O yüngül tekstura malikdir, tərkibində arqan və qızılgül yağı, ayıpəncəyi kökü ekstraktı və F vitamini olaraq saçlara ağırlıq vermədən kökündən uclarına qədər qidalandırır.

Mütləq lazımdır: bərpaedici və ya müdafiəedici Eleo yağı.

5. HƏFTƏDƏ BİR DƏFƏ MASKADAN İSTİFADƏ ET

Dərinə lazım olduğu kimi saçlarına da nəmləndirmə və qidalanma mütləq lazımdır. Öz byüti vərdişlərinə saç maskasını əlavə et və nəticədən həzz al.

Tövsiyə edirik: "Ekspert - Bərpa" quru və zədələnmiş saçlar üçün maska-qulluq

Mətn: Şəkil: Getty Images