Yeni rəngdə həyat

Ruhun dəyişiklik tələb edir, güzgüdə gözəl bir qara saçlı, platin sarışın və ya kürən saçlı xanım görmək istəyirsən və ilk dəfə saç boyası sifariş etməyi düşünürsən. Çaları necə düzgün seçmək və tellərin sağlamlığını necə qorumaq olar? Birlikdə baş çıxaracağıq!

1. Hazırlaş

Bizim sxemdən istifadə edərək saç boyası çalarını seç. Çalış ki, o, təbii rəngdən iki tondan artıq fərqlənməsin. Diqqət et: bəzi rənglər təbii saç rəngin üçün tövsiyə edilmir, 6.6, 10.31, 12.01 və 12.02 nömrələr isə ağarmış saçlar çox olduqda istifadə oluna bilməz.
Prosedurdan əvvəl 1-2 gün başını yuma - təbii lipid qat baş dərisini və saçlarını zədələnmələrdən qoruyacaq. Tərkibi təlimatlarda yazılmışdan daha artıq saxlama - bu rəngi daha parlaq və daha davamlı etməyəcək, ancaq saçlar əziyyət çəkə bilər. Kimyəvi burulma və ya düzləşdirmə etmisənsə, bir həftə gözlə.


2. Boyanmadan sonra 72 saat ərzində saçlarını yuma

Rəngçilər deyəcəklər ki, boyanmadan sonra 72 saat gözləyib saçlarını yumaq lazımdır. Niyə? Saçların kutikulası tamamilə bağlansınvə beləliklə yeni rəng saxlanılsın. Buna görə bərbərə getdikdən sonra üç gün gözlə və rəng səni daha çox sevindirəcək!

3. Suyu quru şampunla əvəz et (arabir)

Saç boyasındaki kimyəvi maddələr onları xarici zədələrə qarşı daha həssas edir, buna görə ilk ərəfədə saçını daha az yumağa çalış və təravəti uzatmaq üçün quru şampun istifadə et. Qaynar su çox istifadə etmə, xüsusilə yaxalanma zamanı - o, kutikulanın xarici təbəqəsini qaldırır və rəng daha tez yuyulur.

4. Qaynar ukladkadan qaçın

Boyalı saçlar istilik təsirinə məruz qalmağa həssasdır, belə ki, fendən çox istifadə etmə. Saçını dəsmalla bürü və sonra onu çıxart və saçlara təbii şəkildə qurumağa izin ver. Əgər yenə də  ütü və ya saç düzəldəndən istifadə edirsənsə, minimal temperaturu təyin et və istilik qorunma vasitəsi tətbiq et.

5. Yuyulmayan vasitə istifadə et

Quruluq, saç qıran, parıltının itirilməsi - rəngli saçların ən geniş yayılmış problemlərini həll edən xüsusi qulluq xəttlərini seç. Əgər şampunkondisionerlə məhdudlaşırsansa, maskayuyulmayan vasitə əlavə et.

Mətn: Şəkil: Con Baddi / Krosbi. Getty images