Qırışları azaltmağın 3 üsulu

Qırışlar artıq uzun bir yuxudan və düzgün seçilmiş nəmləndirici vasitənin istifadəsindən sonra yoxa çıxmır? Yeni metodlar axtarmağın vaxtıdır!

1. KOLLAGEN SƏVİYYƏSİNİ QALDIRMAQ 
Kollagen lifləri dərini daxildən möhkəm və elastik saxlamağa kömək edir. Yaşla əlaqədar kollagenin təbii istehsalı yavaşlayır – yəni, müdafiə zəifləyir. Nəticədə  qırışlar yaranır. Yaxşı xəbər: kollagen səviyyəsini qaldırmaq olar və bu tapşırığın öhdəsindən peptidlər gəlir.


Patentləşdirilmiş tripeptid-texnologiyasının tərkibinə buğda, düyü və mayanın sintezindən ibarət bitki peptidləri daxildir. Laboratoriya şəraitində onların hər biri kollagen istehsalını stimullaşdırmaqda yüksək qabiliyyət nümayiş etdirir. Onların biryerdə birləşməsi inanılmaz sinergetik effekt göstərir- kollagen sintezi ayrılıqda hər birindən axdığından iki dəfə daha fəal axmağa başlayır  

2. NƏMLƏNDİRMƏYƏ DAHA ÇOX DİQQƏT AYIRIN
Nəmləndirmə üçün aparıcı komponent hialuron turşusu sayılır- onun molekulları nəmi saxlamağa kömək edir. Yaşla əlaqədar olaraq hialuron turşusunun ehtiyatı tükənir, ona görə də onun gündəlik qulluğun tərkibində olması mütləqdir. Aşağımolekullu hialuron turşusu tərkibli vasitələri seç- molekulun xırda ölçüləri sayəsində dərin dəri təbəqəsinə daxil olur və daxildən nəmləndirir

3. DƏRİNİ QORUMAQ
Ətraf mühitin mənfi təsirləri kollagen və hialuron turşusunun istehsalını poza bilər. Dəri cavanlığının müdafiəsində edelveys gövdə hüceyrələri ekstraktı dayanır. Sübut olunmuşdur ki, o, kollagen və hialuron turşusunun səviyyəsinin aşağı düşməsinin qarşısını alır və bu o deməkdir ki, qırışların yaranması zəifləyir

Təcrübə ilə əmin olmaq istəyirsən? Qırış əleyhinə  NovAge Ecollagen Wrinkle Power kompleks qulluğa diqqət yetir: onun formulunun təribində üç inqrediyentin hamısı var. Qırışlar 49%-ə qədər azalır*- kliniki sübut olunmuşdur!


*Kliniki sınaq nəticələrinə əsasən qırışların həcmi NovAge Ecollagen Wrinkle Power kompleks qulluğun ilk istifadəsindən sonar azalır. Kliniki araşdırmalar Ori-derm laboratoriyalarında 14 avqust-10 noyabr 2017-ci il tarixləri arasında , 26 nəfər qadının iştirakı ilə aparılmışdır 

Mətn: Şəkil: Oriflame