Ombre üslubunda dodaq makiyajı

Mövsümün ən qaynaq trendi iki çalarlı dodaq makiyajıdır. O yalnız dodaqları vizual olaraq dolu göstərmir, həmçinin sənin palitrana yeni parlaq rənglər əlavə edir. Baxaq.



1
ƏSAS

Dodaqların və onların ətrafına donuq əsas çəkməkdən başla. Bu sənən daha dəqiq kontur yaratmağa kömək edəcək. 






2 
QƏLƏM

Dodaqlarının konturunu tünd çalarlı qələmlə rənglə. İçəri doğru dodaqlarının mərkəzi istiqamətində yay. 







3 
DƏQİQ KƏNARLAR

Dodaq fırçasının köməyilə maksimal bərabər örtü əldə etmək üçün konturu yaymağa davam et. Gülümsə, dodaqların dartındıqda sən hansı hissələri fırça ilə korrektə etməyə ehtiyac olduğunu görəcəksən. Ehtiyac varsa, konturu konsilerin köməyilə korrektə edə bilərsən.  








4 
DODAQ BOYASI 

Daha tünd çalarlı dodaq boyasını konturun içərisinə çək. Sənə dəqiq qradiyent effekti lazımdır. 









5 
OMBRE EFFEKTİ

Kiçik fırça ilə dodaqlarının mərkəzinə daha açıq çalarlı dodaq boyası çək. Həcmi effekt əldə etmək üçün həmin fırça ilə dodaq boyasını mərkəzdən kontura doğru daha tünd çalarla qarışdıraraq yay. 

Videodərsə baxmaq üçün buraya kliklə.




Mətn: Şəkil: Marcus Askelöf