Idman zalından sonra: dəriyə qulluq və idmanla məşğul olmaq

İdmanla çox məşğul olursansa özünü formada saxlamaq üçün dərində spesifik problemlər yarana bilər. Biz xüsusilə məşqləri qaçırmayan üçün hansı qulluğun vacib olduğundan danışacayıq.

Sənin xoşun gəlir: BİKRAM YOQA
Sənin problemin: QIZARTI

İsti məkanda yoqa – Bikram Yoqa və ya “qaynar Yoqa” – günü-gündən dünya üzrə daha çox məşhur olur. Bir problem var ki, ondan sonra dəri qızarır və bu qızartının aradan qaldırmaq heç də asan olmur. Bizim məsləhətimiz: aloe və xiyar tərkibli sərinləşdirici maskalardan istifadə etməkdir. Dərini sakitləşdirmək, sərinlətmək və təbii rəngini qaytarmaq üşün məşqlərdən sonra bu cür maskalardan istifadə et. Əgər təbii dəri rəngin çəhrayıdırsa və ya qıcıqlanmaya meyillidirsə sənə başqa idman növü seçməyi tövsiyə edərdik. Çünki isti və qapalı şəraitdə məşqlər dəri problemini daha da artıra bilər. 


Sənə uyğun gələcək: Üz üçün Love Nature maskası  

Sənin xoşun gəlir: ÜZGÜÇÜLÜK
Sənin problemin: QURU DƏRİ

Hovuz suyunun tərkibindəki xlor dərinin yağ qatını məhv edərək özündən sonra quruluq hissi yaradır. Bu problemi aradan qaldırmaq üçün üz təmizlənməsi üçün istifadə etdiyin köpüyü təmizləyici südə dəyiş. Krem teksturlu məhsulun tərkibinə daxil olan  qidalandırıcı inqredientlər dərini qayğı ilə təmizləyir. Həmçinin məşqlərdən əvvəl və sonra nə qədər su içdiyinə fikir ver: dərini nəinki xaricdən, həmçinin daxildən təmizləmək lazımdır. 

Sənin seçimin: NovAge təmizləyici süd

Sənin xoşuna gəlir: YİİT (yüksək intensiv interval təlim) 
Sənin problemin: dəri səpkiləri

Tər, unudulmuş məsamələr, ölmüş dəri hüceyrələri, artıq sebum – bu faktorları birləşdirdikdə dəri qıcıqlanması və səpkilərin əmələ gəlməsinə səbəb olur. Lakin bu problemi aradan qaldırmaq mümkündür: idman zalına getməmişdən öncə yalnız hava keçirici materialdan olan idman geyimi geyin və ancaq öz dəsmalından istifadə et. Əlbəttə ki, gigiyenaya da əməl etməyi unutma – məşqlərdən sonra mütləq olaraq duş qəbu edərək üzünü yu.


İdman çantanda olmalıdır: Üz üçün təmizləyici salfet “Çay ağacı”

Sənin xoşuna gəlir: açıq havada vorkaut (workout) 
Sənin problemin: fotoyaşlanma

Əgər açıq havada idmanla məşğul olmağı sevirsənsə sənin SPF tərkibli vasitələrdən istifadə etməyin mütləqdir.  əgər adi gündən müdafiə vasitələrinin teksturu sənə çox ağır gəlirsə, sənə yüngül teksturlu günüz kremlərdən itifadə etmək lazımdır. Məsələn, NovAge seriyasında yağlı olmayan SPF 30 tərkibli nəmləndirici vasitə mövcüddur. Bununla yanaşı bu vasitənin teksturu digər gündən müdafiə vasitələrinin teksturundan olduqca zərifdir. 


Sənin seçimin: NovAge qoruyucu üz kremi SPF 30





Mətn: Şəkil: Getty Images