Çay ağacının yağının 3 faydalı xüsusiyyəti

Çay ağacının efir yağı öz antibakterial, antiseptik və sakitləşdirici xüsusiyyətləri ilə məşhurdur. Gəlin seriya məhsullarının əsasında bu üç xüsusiyyəti araşdıraq.

1. TƏMİZLƏMƏ 

Bir qayda olaraq, dərinin ən problemi yeri T-zonasının ətrafındadır. Məhz orada tez-tez artıq parıltı, dolmuş məsamələr və qara nöqtələr müşahidə olunur. Çoxları bu problemləri aradan qaldırmaq üçün ən güclü vasitələrdən istifadə edir, amma bu düzgün addım deyil. Burada başlıcası balansı saxlamaqdır. “Çay ağacı” təmizləyici geldən istifadə edərək çirklənmədən, makiyajın qalıqlarından qurtul və eyni zamanda dərini qurumadan qoruyacaqsan. O, iltihabla mübarizə aparmağa da kömək edəcək.

Dərini təmizləməlisən, amma yol gedirsən? Sənin köməyinə təmizləyici salfetlər çatacaq! Bu salfetlər makiyajı, artıq parıltını və digər çirklənmələri həlimcəsinə silir və dərinə onu qurutmadan gümrahlıq hissi verir.

2. TONUSLAŞMA 

Növbəti addım dərinin əsas qulluğa hazırlanmasıdır. Bu işdə sənə sərinləşdirici donuqlaşdıran tonik kömək edəcək. O, su balansını bərpa edəcək, yağlı parıltını aradan qaldıracaq və vizual olaraq məsamələri daraldacaq.

3. ƏSAS QULLUQ

Problemli dəriyə də nəmlənmə lazımdır! Tərkibində çay ağacının efir yağı olan kremin formulu dərini qurutmadan iltihabın qarşısını alır. Vasitə hər bir yaşda istifadə oluna bilər. Həmçinin, o dəriyə tez hopur (artıq parıltı qalmayacaq!).

Sızanaq əmələ gəlibsə nə etmək olar? Bunun bir neçə həlli yolu var. Vaxtın azdırsa və qarşıda vacib bir hadisə varsa, korreksiyaedici antibakterial qələmdən istifadə et: onun yaşıl hissəsi iltihabı götürəcək, qəhvəyi hissəsi isə qızartını gizlədəcək. Karandaşı çantanda saxla və lazım olduqca rahatlıqla istifadə et.

Tam qulluq üçün “Çay ağacı” antibakterial vasitədən istifadə et və onu iltihabın ilk əlamətləri peyda olduqda dərinə çək. Beləliklə, sən iltihabın qarşısını almış olacaqsan. Bu iki məhsul yaşından asılı olmayaraq istifadə oluna bilər.

Mətn: Şəkil: Oriflame