BB-krem və CC-krem: fərq nedədir

BB- və CC-kremləri haqqında eşitmisən? Bu abbreviaturalar uzun müddətdir ki, kosmetik mağazaların rəflərində olur, amma onlar (orada) nə edir? Onların arasında fərq var və bunu başa düşərək, sən dərinə lazım olan məhsulu rəfdən götürə bilərsən. İndi hər şeyi danışacağıq.

BB-krem nədir?

BB-krem, Beauty Balm və ya Blemish Balm abbreviaturası əslində, dəri üçün piqmentləşdirilmiş nəmləndirici vasitə, məsələn SPF- və antioksidant müdafiə kimi faydalı xüsusiyyətlərə malik nəmləndirici vasitəni təşkil edir. BB-krem dərinin nəmləndirilməsi və müdafiəsi və tonun korreksiyası üçün nəzərdə tutulub. Bununla belə, nəzərə almaq vacibdir ki, BB-krem - çalar vasitəsidir və biz ondan günəşdən tam qorunmaq üçün kifayət edən miqdarda istifadə etmirik. Belə ki, kompleks dəri qulluğuna bir az günəşdən qoruyucu krem əlavə et, və hər şey yaxşı olacaq!

BB-kremin yüngül teksturası asan örtüyü təmin edir. Hesab et ki, tonun sıxlığına görə BB-krem daha şəffafdır, nəinki ton əsası, amma daha dolğundur, nəinki adi nəmləndirici çalar kremi. Bu "makiyaj olmadan makiyaj" variantı üçün mükəmməl bir vasitədir.

Uyğun olan BB-kremi seç

Bütün dəri tipləri üçün uyğun BB-kremlər mövcuddur, buna görə də məhz sənə ən yaxşı uyğun olanı seç. Həssas və ya quru dərin varsa, THE ONE A-Z SPF 30 üz üçün Multifunksional nəmləndirici krem-tona diqqət yetir. Gün ərzində onun qulluqedici super nəmləndirici formulu dərini qorumağa və sakitləşdirməyə kömək edir.

Yağlı və ya kombinə olunmuş dəri? THE ONE A-Z SPF 30 üz üçün Multifunksional matlaşdırıcı krem-ton kimi mat effektli BB-kremi seç. Onunla məsamələr və dəri qüsurları demək olar ki, görünməz olur və dəri tonu bütün gün ərzində mat və bərabər görünür.

 

CC-krem nədir?

Əgər sənin problemli dərin varsa – qızartılarla, sızanaqlarla və piqment ləkələrlə dolu, onda sənin üçün ən yaxşı seçim CC-krem ola bilər. CC-krem rəng korrektə edən qabiliyyəti sayəsində məşhurdur: o, görünən qüsurları neytrallaşdırmağa və dərinin tonunu bərabərləşdirməyə kömək edir.

Dəriyə qulluq baxımından, CC-krem və BB-krem çox oxşardır. BB-kremi kimi, CC-krem çox vaxt SPF, antioksidantlar və nəmləndirici komponentlər ehtiva edir, lakin onların əksəriyyəti də yaşlanma ələyhinə xüsusiyyətlərə malikdir.

CC-kremlər BB-kremlərdən daha yüngül teksturaya malikdir və eyni zamanda orta örtükdən sıx örtüyə kimi təmin edirlər. Əgər sən bir az çox qüsurları maskalamağa və üzün rəngini bərabərləşdirməyə qadir universal yüngül məhsul axtarırsansa, CC-kremlərə diqqət yetir. Əlavə üstünlük - CC-krem qızartıların əlavə korreksiyası üçün tonal əsasın altına çəkilə bilər.

Ən yaxşı CC-kremini seç

Nəmləndirici CC-gel, dəri tonunu yaxşılaşdıran Giordani Gold - bu, dərini dərindən nəmləndirən hialuron turşusu ilə matlaşdırıcı CC-kremdir (sağlam parıltını qarşıla!). Rəng korrektləşdirici piqmentlər qüsurları örtür və məsamələri daraldır, üzə qüsursuz görünüş verir.

Daha bir inci - Giordani Gold Caress SPF 30 CC-kremi. Onun formulu dərini bərpa edən və işıqlandıran 95% təbii mənşəli inqrediyentlər ehtiva edir.

BB- və ya CC-kremini nə vaxt istifadə etmək olar?

İndi sən bilirsən ki, BB- və SS-kremlər - çoxfunksiyalı məhsullardır, hansılar ki, qismən nəmləndirən vasitələr, qismən tonal əsaslar və hətta qismən praymerləri təşkil edir. Onlar çox makiyaj etmək istəmədiyin, lakin hələ də ondan tamamilə imtina etməyə hazır olmadığın günlər üçün mükəmməldir.

BB- və ya CC-kremdən istifadə etmək çox asandır. Məhsulu barmaq ucları ilə, fırçayla və ya makiyaj üçün süngərlə yay: cəmi bir neçə saniyə - və sən əla görünürsən!