Xiyarın 5 faydalı xüsusiyyəti (və gözəlliyin bura aidiyyatı yoxdur)

Meyvə və tərəvəzləri yemək olar, həmçinin dəriyə qulluq vasitəsi kimi istifadə etmək olar. Məsələn, Love Nature seriyası tərkibində xiyar ekstraktı mövcüddur. O nəyə görə faydalıdır? Necə istifadə etmək olar? Hansı xüsusiyyətləri var? Hamısını öyrəndik, indi isə sizə məlumat verəcəyik.

1. DƏRİNİ NƏMLƏNDİRİR
Xiyar ekstraktə 95% sudan ibarət olduğu üçün nəmlənməyə ehtiyacı olan dəri üçün ideal sayılır. Bununla yanaşı xiyar ekstraktı dəri rəngini ağartmağa və parlaqlıq vermək üçün də mükəmməldir. Faydası çoxdur! 

2. TƏRKİBİNDƏ FAYDALI NUTRİENTLƏR VƏ ANTİOKSİDANTLAR MÖVCÜDDUR 

Xiyarın tərkibində maqnezium, kalsium, biotin, vitamin A və B1 mövcüddur. Xiyarın tərkibindəki şirə dərini bərpa etməyə və piqmentasiyanı azaltmağa kömək edir. Xiyar qabığı möhkəmləndirici xüsusiyyətə malik olaraq dərinin hamarlığını qaytarmağa kömək edir.

3. HƏMÇİNİN VİTAMİN C
Ən möcüzəli vitamin. Dəriyə bərpaedici təsir verərək dəri tonunu bırabırləşdiri və parlaqlıq verir. Dərin solğundursa, dəriyə sağlam görünüş və parıltı vermək üçün Love Nature "Xiyar" üz üçün skrabından istifadə et. 

4. GÖZALTI ŞİŞKİNLİK VƏ GÖYÜMTÜL KÖLGƏLƏRİ AZALDIR 
Gözaltı şişkinlik heç də səhərlər görmək istədiyin deyil. Xiyar dilimləri gözəltı şişkinliyi aradan qaldırmaq üçün ən yaxşı vasitədir. Təəccüblü deyil, çünki xiyarın tərkibində antioksidant dərini bərpa edərək onu qara dairələrdən azad edir. Xiyarı dilimlərə doğrayaraq örtülmüş göz qapağına qoy. 20 dəqiqə gözlə. Tam effekt almaq üçün Love Nature üz maskasından istifadə et.

5. BƏRPA EDİR
Fəsil dəyişimi dərinin vəziyyətinə təsir edir. İltihabi proseslər, sızanaqlar və dəri qıcıqlanması  yazın gəlişinin əlamətləridir! Xiyar ekstraktı sərinləşdirici effektə malik olaraqdərinin günəş şüalarından yanmasında əla təsir edir. Love Nature üz üçün geldən istifadə et, o dəriyə tez hoparaq qulluq edir. Beləliklə, xiyar ekstraktı  üz dərisinə qulluq etmək üçün ideal vasitədir. 

Mətn: Şəkil: Getty Images