Dünya üzrə: Oriflame ətirləri xəritəsi

Ətirlərin yaradılması üçün biz dünya üzrə yığılan yüksək keyfiyyətli inqredientlərdən istifadə edirik. Ətraflı öyrənmək istəyirsən? Onda səni ətir səyahətinə dəvət edirik!

AVROPA
Səyahəti İtalyadan başlayırıq. Burada biz məhşur portağal ağaclarını görə bilərik. Portağal çiçəyi ətri (flerdonanc, neroli — müxtılif inqredient adaları) hələ XVI əsrdə italyan cəmiyyətində məhşur idi. Bu unikal not güllü-odunu kompozisiya olan Giordani Gold Essenza ətrində səslənir. 

Bizim daha bir italyan sevimlimiz — limonlardır. Təravətli və gümrahlandırıcı limon yağı müxtəlif kompozisiyalarda istifadə olunur, məsələn, Men's Collection Citrus Tonic kişilər üçün ətirdə.

Bir az da qabağa gedək. İtaliyanın şərqində, Bolqarıstanın gözəl sahələrdə Volare ətrinin yaratmağımız üçün istifadə etdiyimiz qızıl güllər açır. Mövsümün əsas trendi olan qızılgül ətirə romantik not bəxş edərək xöşbəxt anları yaşadır.

AFRİKA
Növbəti dayanacaq — Marokkodur. Burda qədim parfüm inqredientlərindən biri — sidr ağacı mövcüddur. Onun güclü və dolğun qoxusu bizə Eclat Homme ətrini yaratmağı ilhamlandırdı. 

Marokkanın cənubunda, eqzotik Madaqaskarda ətri afrodiziak sayılan ilanq-ilanq gülü bitir. Təəccüblü deyil ki, biz ilanq-ilanq yağından Possess Woman ətrinin istehsalında istifadə edirik. 

ASİYA

Daha bir əfsanəvi ətirlə tanış olmaq üçün biz Şərqə, Hindistana yollanırıq. Burada qoxusu günəşin çıxması ilə daha da güclənən tuberoza gülü çiçəklənir. Tuberoza çiçəyinin notunun gözəl səslənməsinə görə onu premium ətirlərin yaradılmasında istifadə olunur. Biz Sublime Nature Tuberose kompozisiyasından zövq alırıq.

CƏNUBİ AMERİKA
Sakit okeanı keçirik və dipteriks ağaclarına rast gəlinən braziliya meşələrinə çatırıq. Onun məhsulları ətir dünyasının ən qiymətli inqredientlərindən biri sayılır. Məhsul toplanması musson yağışlarından sonra baş verir. Məhsullar günəşdə tamamilə quruduqdan sonra, onların üzərinə kristallik kumarin olan "duvaq" örtülür. O ətrə özünəməxsus təravət bəxş edir. Xüsusi texnologiyanın köməyilə biz bu xüsusi ətri Sublime Nature Tonka Bean parfüm suyuna ötürə bilmişik. 

ŞİMALİ AMERİKA
Səyahətimizin sonu olan Haitidə biz vetiverlə qarşılaşacağıq. Onun notları Giordani Gold Man kompozisiyasına möhtəşəm uyğun gəlir: vetivera notunun füsunkar şleyfi ətrin xarizmatik xarakterini canlandırır.  

Sonunda Qvatemalaya yollanaraq kardamona rast gələcəyik. Bu qiymətli inqredient qiymətinə görə zəfəran və vanilə yaxındır. Biz onu Men's Collection Dark Wood tualet suyunda tapa bilərik. Tünd not və odunu şleyf  — ideal uyğunluq təşkil edir.

Mətn: Şəkil: Getty Images