Məsamələri necə kiçiltmək

Bildiyiniz kimi dərimiz kollagen və elastin itirərək hamarlığı itirir, həmçinin cazibə qüvvəsinin itirilmısi ilə dəri elastikliyi azalır. Nəticədə – ilk yaşlanma əlamətlərindən biri olan nəzərə çarpan məsamələr. Biz onunla necə mübarizə aparmağı anladacayıq.

TƏMİZLƏMƏ

Sadə qayda: çirkdən təmizlənən məsamələr içərisi sebum, çirk və makiyaj qalırları olan məsamələrdən daha az nəzərə çarpan olurlar. Məhz çirk mısamələri daha nəzərə çarpan edir, içərisi dolmuş məsamələr isə qara nöqtələrə çevrilərək nəzərə çarpılmaması mümkün olmur. 

Səhər və axşam təmizlənmələri sebum ifrazı və makiyaj qalıqlarının təmizlənməsinə səbəb olur. Təmizləyici vasitədən başla, daha sonra pambıq diski tonikə batıraraq, üzünü təmizlə, o hətta ən dərin çirk və makiyaj qalıqlarını təmizləməyə kömək edəcək. Üz təmizləmək üçün cihaz də problemin çözümlərindən biridir: kliniki cəhətdən sübut olunmuşdur ki, məsamələr bir-neçə həftə ərzində daha az nəzərə çarpan olacaq. 

XARİCİ ZƏRƏRLİ TƏSİRLƏRDƏN QORUMAQ

Günəşin zərərli şüaları, nizamlanmayan həyat tərzi, stress, siqaret çəkmək – bütün bunlar dərinin ümumi görünüşündə, həmçinin məsamələrin ümumi vəziyyətinə pis təsir edir. Ultrabənövşəyi şüalar dərinin strukturunu zəiflədir və nəticədə məsamələr genişlənməyə başlayırlar: bundan qurtulmaq üçün günəşdən qoruyucu kremlərdən istifadə etmək lazımdır. Hər gün səkkiz saatlıq yuxu da dərinin vəziyyətinə görünən təsir bağışlayır. Siqaretin təsirinin isə orqanizm üçün nə qədər zərərli olduğunu sözsüz hamı üçün aydındır. 


TURŞULARLA DOSTLUQ

Fakt: məsamələr kiçilib və azala bilmir (onlarda əzələ yoxdur). Lakin ölmüş hüceyrələr məsamələrdə qalaraq onları vizual olaraq daha genişlənmiş görsədə bilirlər. Qlikoli və salisil turşulu, həmçinin belta və alfa- hidroksil turşulu cilalayıcı vasitələr məsamələrdən ölmüş hüceyrələri təmizləyə bilirlər. Ecollagen seriyasından zərdab, NovAge toniki və True Perfection brendinin gecə kremi tərkiblərindəki bu faydalı turşular sayəsində sənə məsamələrin azalmasına kömək edəcəklər


NƏMLƏNDİRMƏ

Əgər üz dərin yağlıdırsa, demək məsamələrdən digər üz dəriləri ilə müqayisədə daha çox əziyyət çəkirsən. Demək dolğun teksturlu kremlərdən qaçaraq onları yüngül losyon və ya nəmləndirici gellə əvəz etmək lazımdır. Lakin ən əsası: çox nəmlənməyə üstünlük verməmək. Bu sənə nə qədər qeyri-adi görünsə də: Dərin nə qədər nəmlənmiş olarsa hüceyrələr bir o qədər iri olar.

MASKALAMAQ

Məsamələri tez örtmək lazımdır? Sənə bərabərləşdirici NovAge qulluq-praymer kömək edəcək. Tonal əsasdan öncə dərinə çək. Praymer-qulluq dərində möhtəşəm rəng yaradacaq. Onun üzərindən əsas istifadə etmək qaldı və sən artıq makiyaja hazırsan.

 

 




Mətn: Şəkil: Kristine Wreyford