Quru dəriyə necə qulluq etmək

Quru və qıcıqlanmaya meyilli dəri tez-tez narahatlıqlara səbəb olur. Lakin panika etməyin! Narahatlığa son qoyaraq problemlərdən azad olmağın qaydalarını başa salırıq.

Çox qaynar duşdan istifadə etmə
Qaynar duş qəbul etməyi hamı sevir. Yalnız qaynar su dəridə su balansını saxlayaraq onu hamar edən təbii yağ baryerini dağıdır. Ona görə də duş qəbul edərkən suyun temperaturundan duşda keçirdiyin vaxta qədər fikir verməlisən.  

Qulluq üçün düzgün vasitələrdən istifadə et
Quru dəri üçün kifayət qədər çox qulluq vasitəsi mövcüddur. Sənə yalnız düzgün seçim etmək qalır! Zərif təmizləyici vasitələr  və təbii inqredientlərlə, məsələn qliserin tərkibli losyonlardan istifadə et. 

Redaksiyadan: quru dəri nahiyyələrinə qulluq etmək üçün "Zərif qulluq" yumşaldıcı vasitəsi məhsulu mükəmməl uyğun gəlir.  

Faydalı qida qəbul et
Dərini tək xaricdən deyil, daxildən də nəmləndirmək lazımdır. Bunun üçün orqanizminə yarıdoymuş yağ turşusu olan Omeqa-3 faydalıdır. O təbii müdafiə baryerini bərpa edərək dəriyə daxildən qulluq edir.  
 
Gecə qulluğundan imtina etmə
Əgər heç nə kömək etmirsə - ümid ancaq gecə qulluğuna qalır.Qulluğu uzunmüddətli isti vannadan başla. Suda barmaqlarının sudan qırışana qədər qal. Vannadan çıxdıqdan sonra bədənini yumuşaq dəsmalla sil. Daha sonra bədən üçün yağ çək – nəq qədər çox olar, bir o qədər yaxşıdır (bu gücə yeni olmayan yataq dəsti və ya gecə köynəyindən istifadə et). Bu prosedurlardan sonra yat. Səhər dərinin tamamilə nəmləndirilmiş və sağlam olduğunu görəcəksən!






Mətn: Şəkil: Getty Images