İşinizdə məhsuldar olmağın 5 üsulu

Oturaq iş sağlamlığına zərərdir. Amma bunu dəyişmək imkanın var (5 üsul). Hər birisi haqda ətraflı danışırıq.

1. AYAQ ÜSTƏ
Biz ayaq üstə dayanarkən bədənimiz 40% daha çox kalori sərf edir. Həmçinin, artıq çəki, ürək-damar xətsəliklərinin və bel ağrılarının riski azalır. Gün ərzində 6 saatdan çox oturan insanlar 37% daha çox vaxtından əvvəl ölüm riskinə məruzdurlar. Tənzimlənən masa arxasında işlə və ya bacardığın qədər daha çox ayağa qalxmağa çalış.

2. SAĞLAM QƏLYANALTI
Nahar vaxtı dükandan bütün şirniyyatları almağa tələsmə. Dayan! Aşağı qlikemik indeksli proteinli batonları və ya “Neçural Balans” kokteyllərini seç. Bu məhsullar aclıq hissini və bədənin şirniyə tələbatını azaldır, optimal qidalanmanı təmin edir, enerjiləndirir və diqqətliliyi artırır. Tərkibində GMO, süni boyaq maddələri və konservatorlar yoxdur. İş masanda hər zaman qoz-fındıq, tərəvəz saxla və ya, əgər ofisdə şirəçəkən varsa, meyvəli smuzilər hazırla.

3. BEYİNİNƏ DƏSTƏK OL  
Yorğunluq, yaddaşla bağlı problemlər, pis əhval-ruhiyyə - bütün bu problemləri idman və sağlam qidalanma ilə aradan qaldırmaq olar. Gündəlik rasionuna vitaminlər və mineralları əlavə et, beyin funksiyalarının, ürək-damar və sinir sisteminin aktivliyini, dözümlülüyünü gücləndirmək və gümrah olmaq üçün Omega-3 qəbul et.

4. HƏRƏKƏTDƏ OL
Gün ərzində nə qədər az hərəkət edərsinsə, bədənində ağrıların və gərginliyin əmələ gəlmə riski bir o qədər çoxalır. Fasilə et: hər yarım saatdan bir ayağa qalx. Kuleradək get və su iç, küçəyə çıx və bir az gəz, e-mail əvəzinə iş yoldaşınla görüşüb işə aid məsələləri canlı həll edin və sairə. Axşam isə idmana və ya yogaya get.

5. VİTAMİNLƏRİ UNUTMA
D vitaminin əsas mənbəsi günəş şüalarıdır. Gün altında yarım saatlıq gəzintinin 10 stəkan südə bərabər olduğu əbəs yerə deyilməyib. D vitamini kalsiumu həzm etmək üçün lazımdır, immun və əzələ sisteminin düzgün fəaliyyəti üçün tələb olunur. D vitamininin çatışmazlığı sümük sisteminin xəstəliklərinə gətirib çıxara bilər, bu səbəbdən onu yetərli dərəcədə qəbul etməliyik. Əgər sən gün ərzində günəş şüalarının çatmadığı bağlı məkanlarda olursansa, sənə D vitaminini qəbul etməyi və gün ərzində 11:00-dan 16:00 arası yarım saatlıq gəzintiyə çıxmağı tövsiyə edirik.


Mətn: Şəkil: Oriflame, Adobe Stock