1. “YOX” DEMƏK
Mənasız görüşlər, “acıdil” insanlar, anlaşılmaz məsələlər mənası olmayan hər şeyə “yox” deməyi bacar. Bu prosesi başladıqda nələrin sənin üçün daha vacib olduğunu anlayacaqsan. Öz məqsədinə doğru get və yarı yolda dayanma.
2. TEZ-TEZ SƏYAHƏT ETMƏK
Bir-neçə illik Sizə digər ölkədə yaşamağa getməyi tövsiyə edərdik. Əgər əlində belə bir imkan varsa – bu olduqca əladır! Lakin bu mümkün deyilsə, həftə sonları bağa və ya şəghər kənarına getməyə çalış. Həmçinin işə getdikdə və ya evə qayıtdıqda müxtəlif yollarla gedə bilərsiniz. Transportu dəyişmək də olar. Sonuncu dəfə parkda nə vaxt olmusan? Bəs meşədə? Səhayət (kiçik olsa da belə) sənə adi situasiyalardan qurtulmağa və həyata daha başqa gözlə baxmağa imkan verəcək.
3. GƏLƏCƏYİ DÜŞÜNMƏK
Demək asandır! Ağıla ilk gələn: “Mən bundan sonra nə edəcəyimi bilmirəm” fikri olur. Əslində bu normaldır və o deməkdir ki, sən oturub düşünməlisən ki, nələrin var və nələrin olmalıdır. Bu sənə qarşına qoyacağın məqsədlərə çatmağa kömək edəcək. Onların hamısını siyahıya yaz və etdikləri qırağa qoy.
4. EVLƏRİ YIĞIŞDIRMAQ
Öz əşyalarına fikir ver. Yəqin ki, bəzilərinin təmirə ehtiyacı var, bəzilərinin isə atılmaq vaxtıdır. Bir il və daha artıq vaxtda istifadə etmədiyin əşyaları əminliklə ata bilərsən. Əşyaları xeyriyyəçilik məqsədi ilə verə bilərsən və ya endirim təşkil edərək çox ucuz qiymətə sata bilərsən. Yığılan məbləğə isə özünə ətir ala bilərsən. Xöşbəxt və harminik həyat üçün sənə nə qədər az şey lazım olduğuna təəccüblənəcəksən. Təmiz və böyük ev hissləri ilə sənə həyatın böyük azadlığı da gələcək.
5. YAYDA VELOSİPEDƏ KEÇMƏK
Benzin pulu, sığorta pulu, texniki xidmət pulu sihayını davam etməyə ehtiyac var? Yay mövsümündə maşını velosipedə dəyişməklə sən nəinki maşının sərf etdiyi hesablardan uzaq olacaqsan, həmçinin idman zalına verəcəyin pula da qənaət edə biləcəksən. Çünki evdən işə gündəlik yol istənilən kardioməşqi əvəz edə biləcək. Qənaət ediyin pulları isə bəzən ümumi nəqliyyat və ya taksiyə xərcliyə bilərsən.
6. İŞ MƏKANINI RAHAT ETMƏK
Təmiz stol təmiz baş deməkdir. Stolunun üstünü qaydaya sal, tozu sil, lazım olmayan vərəqləri at və fincanını stolun üstündən götür. Bəli-bəli. Hamısını yığışdır. İnanılmaz olsa da faktdır ki, stolun üstünün təmiz görünməyi həmçinin beynin də təmiz olmasına kömək edir. Sənin stolun onsuz da təmizdir? Təbrik edirik! Həmçinin ev, kommunal xərclər, internet və telefon hesablarının qaydasında olmasına nəzarət et.
7. KİÇİK SEVİNCLƏRDƏN HƏZZ ALMAQ
Elə bil nəsə çatışmır? Bir müddtəlik telefondan uzaq ol. Günəşin batmasını, uşaqların həyətdə oynamasının izlə, növbədə olan insanlara gülümsə, valideyinlərinə və ya sevimli insanlarını zəng vur. Böyük stəkanla təmiz su iç və bazardan oro və gözəl alma al. İştahla ye. Özünə kiçik pauzalar götür və həyatın nə dərəcədə rahat və xoş olmasını görəcəksiniz.