Albina və İrek Hafizovların 24 saatı

Albina və İrek Hafizovların ailəsində hər şey 100%-li qəbul olunub - uğurlu biznes, dörd uşaq, şəxsi evləri və tez-tez səyahətlər, lakin bütün bunlarla yanaşı onlar özlərinə və istirahətlərinə də vaxt tapırlar.

“Bizim səhərimiz saat 07:30 da başlayır- bütün ailə mətbəxdə toplaşır və səhər yeməyi hazırlayırıq.  İrek yeməyə cavabdehdir, uşaqlar isə bütün günə güc toplamaq üçün meyvəli Wellness kokteyli hazırlayırlar – ondan sonra artıq heç bir bulka və şirniyyat yemək istəmirlər! Səhər  bizim ailədə günün  ən sakit və durğun hissəsidir, bizim eneji topladığımız və müsbət emosiyalarla yükləndiyimiz vaxtdır.  Əsas qayda- iş saat 11 dən tez başlamamalıdır, birinci iş zəngi və elektron məktubu almamışdan öncə tələsmədən duş qəbul edirik, böyük stol arxasında ailəvi səhər yeməyi yeyirik və uşaqlarla təbiətdə gəzirik.

Biz səhərlər və axşamlar özünə qulluq üçün də vaxt tapmağa çalışırıq. Təəccüblü deyil ki, İrek vaxtın çox hissəsini hamamda keçirdir,  qulluğa sistemlə yanaşır: musiqi qoşur, müntəzəm olaraq üz üçün maskalar edir, çoxmərhələli dəri qulluqdan yararlanır. Mən bunu öz vəzifəm hesab edirəm- həyat yoldaşıma çoxdan örətməyə başlamışam ki, biznesmen hər şeyi ilə 100%-li görünməlidir.  Mənim də öz zəif nöqtələrim var- rus hamamını çox sevirəm, mənim üçün bu əsil terapiyadır, orada rahat bütün günümü keçirdə bilərəm”- Albina deyir.

 “Saat bir üçün şəhərə gedirik- xoş bir məkanda nahar edirik və məktəbin 2-ci növbəsinə çatırıq. Günün bütün qalan vaxtını tamamilə işlərə və biznesə ayırırıq. Hətta saat 21:00 da evə gədikdən sonra vebinarlar keçirdirik və skaypla əlaqədə oluruq. Bəli, biz gec vaxta qədər işləyirik amma yetərincə yuxumuzu da ala bilirik. İş adamları gərəyindən daha çox işəyə bilirlər, axı bizim ofis və vaxt məhdudiyyətlərimiz yoxdur.  Bunun qarşılığında cümə günü, iş həftəsindən sonra biz sıxılmış limon kimi hiss edirik- deyə bir şey yoxdur.

Bizim ailədə “mən” deyə bir anlayış yoxdur, biz yoldaşımla hər şeyi birlikdə edirik- biznesi idarə edirik, uşaqlarla məşğul oluruq, SPA-ya gedirik.  Biz hətta valideyin iclasına bütün heyətlə birlikdə qatılanlardanıq. Tez-tez  ikilikdə uşaqlarsız səyatət edirik və ya sadəcə olaraq “öz cümə günümüzü” təşkil edirik- oteldə nömrə götürürük, orada bütün günü boş vaxt keçiririk, televizora baxırıq və heç nə etmirik, sadəcə olaraq təklikdə vaxt keçiririk.

Bizim evdə daima qonaq olur, biz tez-tez şam yeməkləri təşkil edirik və ya bütün hamılıqla restoranda nəyisə qeyd etməyə gedirik- hərdən özünə də vaxt ayırmaq lazımdır, nəinki bütün gecəni evdə yemək hazırlamaq. Böyük ailəmizi şəhər kənarı səfərə və gəzintiyə çıxmaq üçün toplamağı sevirik. Şəxsi biznes sayəsində biz həftənin günlərindən asılı qalmırıq, ürəyimiz istədiyi vaxt özümüzə istirahət günü təşkil edə bilirik.”

Mətn: Şəkil: Vladimir Koçetkov