Şəxsi töhfə: özünə investisiya qoymağın 5 yolu

Ən əsas aktivin özünsən. Məhz buna görə hədəflərə çatmaq üçün sağlam eqoizmi öyrənməyə dəyər. Gücünü, pulunu və vaxtını ilk növbədə öz inkişafına yönəlt. Bu, göründüyü qədər çətin deyil! Özünə sərmayə qoymağın 5 sadə yolunu bilirik və onlar mütləq şəkildə yaxşı dividend gətirəcəkdir.

 

1. SAĞLAMLIĞININ QEYDİNƏ QAL
Məhsuldarlığımız və nə dərəcədə xoşbəxt olmağımız özümüzü necə hiss etməyimizdən asılıdır. Bir yer ağrıdıqda daha pis işləyirik və daha tez yoruluruq və həyatdan həzz almırıq. Buna görə əvvəlcə sağlamlığa investisiya qoymaq lazımdır. Söhbət yalnız həkimə getmək, balanslaşdırılmış qidalanma və düzgün fiziki fəaliyyətdən getmir. Həm də kifayət qədər yuxu almaq, vaxtında məzuniyyətə çıxmaq, orqanizmi vitaminli saxlamaq, rahat ayaqqabı almaq və iş sahəsini elə təchiz etmək ki, onurğaya mümkün qədər az yük düşsün

2. GÖZƏLLİYİ VURĞULA
Bu, çox asan və xoşdur. Məsələn, dəriyə qulluq, bildiyin kimi, çox vaxt aparmır - səhər və axşam cəmi bir neçə dəqiqə. Lakin bu investisiya dərhal "vuruşur". Birincisi, özünə qayğı xoşbəxtlik gətirir, ikincisi, bu, gözəlliyi və gəncliyi qorumaq və özünə və cazibədarlığına inam hiss etməyin asan yoldur. Belə mükəmməl təməl ilə öz dəbli görünüşünü yaratmaq daha asan olacaq. Sadə makiyaj texnikalarına yiyələn, düzgün aksesuarlar seç, yeni saç düzümləri hazırlamağı öyrən və əlbətdə ətir əlavə et. İndi yaxşı təəssürat qoymaq çətin olmayacaq!

 

3. BEYNİNİ İŞLƏT
Beyin üçün qida tap: həftədə bir kitab oxumağı və ya xarici dil öyrənməyi hədəflə. Bu, düşüncə tərzini inkişaf etdirməyə, dünyagörüşünü genişləndirməyə və bir çox şeylərə fərqli bir rakursdan baxmağa imkan verəcəkdir. Böyük investisiyalar etmək imkanın varsa, əlbəttə ki, təhsilə pul qoymağa dəyər. İnkişaf etmək istədiyin sahəni müəyyən etmək və ya sadəcə yeni biliklər əldə etmək üçün master-klasslar, treninqlər və vebinarlardan başlaya bilərsən. Məqsədin müəyyən bir sahədə mütəxəssis olmaqdırsa, o zaman ixtisasartırma kursları və ya əlavə təhsil haqqında düşünməlisən. Bu, rəqabət qabiliyyətini artıracaq və daha böyük nəticələr əldə etməyə kömək edəcək, çünki başqalarının sahib olmadığı məlumat və bacarıqlardan istifadə edə bilərsən

4. ÜNSİYYƏT ET
Bu maddə ümumiyyətlə pula aid deyil. Tanışlıq əldə etmək və yaxın münasibətlər qurmaq üçün vaxt, güc və istək, özü də kifayət qədər çox lazımdır, ancaq bunun müqabilində çox şey alacaqsan. Emosional dəstək, güvənəcəyin bir adamın olduğu hissi, doğru adamların məsləhətləri, əlaqələri, ilham və motivasiya - bütün bunları sənə bir çevrə verə bilər. Kiminlə vaxt keçirmək istədiyini və inkişafına kimin kömək edə biləcəyini düşün, bu cür insanlarla tanış ola biləcəyin onlayn və ya oflayn qruplar tap və irəli

 

5. HƏYATINI DAHA RƏNGARƏNG ET
Səyahətlər, maraqlı fəaliyyətlər və əyləncələr - müsbət emosiyalar və enerji verən budur. Bəzən rahatlıq zonasından çıxsan, qeyri-adi bir şey etsən və yeni yerlərə getsən, özünə inamın artacaq və həyatını tam şəkildə yaşadığını hiss edəcəksən. Əks etdirəcəyin sevinc isə, şübhəsiz ki, digər insanları sənə cəlb edəcəkdir. Axı hər kəs xoşbəxtliyə toxunmaq istəyir.

Mətn: Şəkil: Oriflame