Ailəvi yeni il: ideyalarımız

Qarşıda çoxdan gözlənilən bayramlar və uzun tətillərdir. Hər il onları xüsusi edəcəyimizə söz veririk, sonra isə itirilən vaxta görə peşimançılıq çəkirik: heç bir plan olmadıqda divan və teleşou qəflətən plana çevrilir. Tək və ya bütün ailə ilə həyata keçirə biləcəyin bir neçə ideyanı topladıq: yüz faiz darıxdırıcı olmayacaq!

Xatirə albomu hazırlayın
Cəmi 10 il əvvəl bütün ailəliklə toplaşırdıq və keçmişin isti anlarını xatırlayaraq foto albomları vərəqləyirdik. İndi rəqəmsal əsrimizdə kadrlar telefonların yaddaşında qalır və sonra unudulur. Ənənələri xatırlamaq vaxtı gəldi. Studiyada və ya adi printerlə ən yaxşı fotoşəkilləri çap et, karton səhifəli albomu götür və ötən ilin gündəliyini yarat. Bütün ailəni prosesə qoş: uşaqlar şəkillər çəkə, kəsə, fotoşəkilləri yapışdıra bilərlər. Səhifələrin bəzədilməsi üçün müxtəlif dekorasiya lazım olacaq: stikerlər, muncuqlar, lentlər. Bəlkə nə vaxtsa gəzintidən gətirdiyiniz və kitab səhifələrinin arasına qoyduğunuz qurudulmuş güllər və ya payız yarpaqları var?

Qoy hər kəs xatirələrini fotoşəkillərin yanında yazsın: bu günün necə keçdiyini və sizi nə belə xoşbəxt etdiyini danışın. Növbəti fəsli yeni səhifədən yaratmaq üçün həyatınızın bu fəslini bağlayın. Və qoy o da belə parlaq olsun!

Yeni il kino marafonunu təşkil edin
Tələsik gündəlik həyatda sadəcə istirahət etmək və film izləmək üçün vaxt nadir hallarda olur. Bəs onda niyə əsl kino nümayişini təşkil etməyəsiniz! Ən xoş Milad komediyalarını seçin, yorğan və yastıqları unutmayın. Proqrama ən azı bir cizgi filmini əlavə edin - uşaqlar razı qalacaqlar. Yeni il yeməklərini hazırlayın: mors, zəncəfil pryanikləri, zefirlərlə kakao. Və qoy bütün dünya gözləsin!

Evdə rahatlıq yaradın
İnteryeri cəmi bir neçə saat ərzində əyləncəli, bütün ailəliklə və çox ucuz şəkildə yeniləmək olar. Məkanı bəzəmək yeni il əhval-ruhiyyəsi yaratmaq üçün əla bir üsuldur. Ailənizdə hələ belə bir ənənə yoxdursa, o zaman onu yaratmaq vaxtı gəldi. Ən yaxın mebel dükanına gedin və qoy ailənin hər bir üzvü xoşladığı şeyi seçsin. Yeni yastıqlar, şamlar və ya işıqlı zəncir çox ucuz başa gəlir, amma mənzilin görünüşünü kökündən dəyişə bilər. Xüsusi, bayram süfrəsi alın. Onu yeni il masası üçün saxlaya ya da axşamlar şam yeməyi üçün çıxara bilərsiniz. Qoy hər gün xüsusi olsun!

 

... amma arabir oradan çıxın
Yeni il tətillərində evdə oturub qalmaq çox asandır. Fəal olun! Şəhərdəki buz meydançasına gedin, qartopu oynayın, xizək sürün, qış idman növlərini mənimsəməyə çalışın. İstilikdə gizlənmək istəyirsiniz? Yerli muzeylərin saytlarına baxın: tətil zamanı bəzi sərgilərdə pulsuz iştirak etməyə icazə verilir. Başqa bir əla variant - uşaq tamaşası və ya bayram şənliyidir.

 

Başqa bir ölkənin ənənələri gününü təşkil edin
Bu yeni il tətillərində heç bir yerə getmirsinizsə, evdən çıxmadan səyahət etməyin əla üsuludur. Başqa bir ölkənin, məsələn, İsveçin ənənələrinin gününü təşkil edin. Bu ölkənin rənglərinə geyinin, onların milli yeməklərini bişirin, yerli sənətkarların musiqisini dinləyin. Ölkənin tarixi haqqında daha çox məlumat əldə edin, onların tətil ənənələrini öyrənin və ya hətta sınaqdan keçirin, hadisənin məhz burada baş verdiyi filmə baxın. Başqa mədəniyyəti həqiqətən hiss edəcəksiniz.

SPA prosedurlardan həzz alın
Həftə içi günlərdə sevimli gözəllik ritualları çox vaxt tələsik yerinə yetirilməlidir – bayramlarda isə heç bir yerə tələsməmək bir o qədər daha xoşdur. İsti ətirli köpük vannası, sevdiyiniz üz maskası – çoxdan təxirə saldığınız hər şeyi edin. Su prosedurlarından sonra parıldayan hissəciklərlə bədən yağını tətbiq edin: parıldamaq parıldamaqdır! Və kiçik ailə üzvləri sevdikləri qəhramanlarla sabunvanna köpüyünü qiymətləndirəcəklər.

Mətn: Şəkil: Oriflame