Ulduz ətri

Moskvada kişilər üçün yeni, təbiət hadisəsindən ilhamlanan Excite Force tualet suyu təqdim olundu.

Qonaqlar üçün əsas sürpriz zala Dima Bilanın gəlməsi oldu. Orifleym birinci dəfə deyil ki, Dima ilə əməkdaşlıq edir: bu dostluğun bəhrəsi 2009-cu ildən bestseller olaraq qalan Excite ətrinin birinci versiyası oldu. Dima ilə birlikdə Orifleymin yeni ətrini Orifleym şirkətinin ətirlər kateqoriyasının marketinq üzrə qlobal direktoru kristin Dekurt, kommunikasiya üzrə direktor Sergey Antonov və Interview  jurnalının baş redaktoru Alyona Doletskaya təqdim etdilər. 

Dima, sən yaradıcı insansan, yeni ətir isə özünüifadə üsuludur. Excite Force ətrində sənin yeni üslubun öz əksini necə tapır? Dima Bilan: "Mənim üçün Orifleym ilə əməkdaşlıq vacib və əlamətdar təsadüfdür. Əvvəllər omənim əhval-ruhiyyəmə uyğun  olan parlaq, azad, yüngül ətir idi. Vaxt gedir və bu 6 il ərzində mənim üçün çox şey dəyişib - həyatımda da, sənətimdə də. Bütün bunlar yeni Excite Force ətrində səslənir. Mənim üçün o ətir və kosmetika vasitələrində bəyəndiyim parlaq notlara malik fundamental kompozisiyadır. Excite Force mənim indiki əhval-ruhiyyəmi, təbiətimi və dünya görüşümü təcəssüm etdirir."



Kristin Dekurt qonaqlara yeni Excite Force ətrinin xüsusiyyətləri haqqında danışdı: 
«Parfümeriyada ən parlaq trendlərdən biri təzaddır. 
Yeni Excite Force-da siz nəinki yuxarı və baza notlarının fərqliliyini hiss edəcək, ətrin bütün səslənməsi ərzində, hər anında meyvə təravəti və əhatə edən istiliyin ziddiyyətini eşidəcəksiniz. Mənim fikrimcə, bu xüsusiyyət Excite Force-u digər ətrilərdən fərqləndirir, ona məna verir və cəsur və yetkin Dimanın xasiyyətini əks etdirir» 



Orifleym: Sən dəfələrlə qeyd etmisən ki, ideal kişi və qadın deyə universal üslub yoxdur, hər kəsin öz fərdi üslubu var. Sənin üçün ideal qadın necədir? Dima Bilan: Mən həmişə fikir vermişəm ki, nə isə ciddi bir şeylə məşğul olan qadınlarla birlikdə olmaq daha maraqlıdır. Mən də özümü işimə həsr edirəm, buna görə də yanımda öz işi ilə məşğul olaraq ilham verən qadını görmək istərdim. O münasibətlərdə qeyri-adi, sürprizlərlə doludur, lakin xüsusi anlarda etibarlıdır. 

Excite Force

Alyona Doletskaya da həmçinin qonaqlarla yenilik haqqında fikirlərini bölüşdü: "Tanışlıq zamanı diqqət yetirdiyim əsas detallardan biri ətirdir. Excite Force tualet suyuna gəldikdə isə, mən onun səslənməsini qəti olaraq kişilərə aid etmirəm, mən onu uniseks ətir adlandırardım. Təqdimatdan əvvəl bir Dima ilə bu parfümu vurduq və diqqət yetirdim ki, o hər birimizdə özünəməxsus şəkildə açıldı". 



Hansı yeni maraqlı layihələri planlaşdırırsan? Çox maraqlıdır. 
Dima Bilan: Payızda ilk dəfə çəkildiyim yeni "Buz üzərində musiqi" filmi təqdim olunacaq, bu isə həqiqətən maraqlı hadisədir. Əlbəttə, yeni albom və digər çoxsaylı layihələr planlaşdırılır. Qoy onlar xoş sürprizlər olsun. Bir şeyi dəqiq deyə bilərəm: bu il çox maraqlı layihələr gözlənilir.  

Oxucularımızın çoxu yeni Excite Force parfümünün təqdimatını səbirsizliklə gözləyirlər. Onlara nə arzulayırsan? 
Dima Bilan: Ən əsası xoşbəxt olun və arzunuzun arxasınca gedin. Arzu edirəm ki, hər birinizin həyatında hər şey istədiyiniz kimi olsun.

Mətn: Şəkil: Oriflame