Əsas məzmuna keçin Əsas menyuya keçin Axtarışa keçmək
  1. Əsas
  2. Xəbərlər və mətbuat
  3. Şirkətin xəbərləri
  4. Orifleym yarıməsrlik yubileyini qeyd edir!

Oriflame празднует полувековой юбилей!

2017-ci ildə Orifleym əlamətdar tarixi – kosmetika bazarında mövcudluğunun 50 illiyini qeyd edir. Mövcud olduğu bütün tarixi boyu isveç brendi gözəllik aşiqi olan insanların cəmiyyətini yaradaraq dünyada insanlara sağlam həyat tərzi, gözəllik, məqsədyönlülük, keyfiyyətli həyat və şəxsi uğur barədə arzularını həyata keçirməyə kömək edir.

Orifleym daima zamanla ayaqlaşmağa, dəbli trendlər təyin etməyə, qabaqcıl formullar hazırlamağa və özünü təkmilləşdirməyə çalışır. Şirkətin 50-illiyini qeyd etdiyi 2017-ci ildə brend pozisiyalaşdırılmasının təkamülü zamanı yaranmış və Orifleymin bugünkü missiyasını daha dəqiq əks etdirən yeni “Gözəllik həyat tərzi kimi” konsepsiyası işıq üzü gördü. Reklam kampaniyası çərçivəsində isveç brendi geniş insan dairəsinə sadə, lakin dərin fikri çatdırmağa çalışır – həqiqi gözəllik daxilin və xaricin harmoniyasından ibarətdir. 

Orifleym keyfiyyətinə bir çox dünya və rus ulduzları etibar edir. Belə ki, müxtəlif vaxtlarda Orifleym ilə Demi Mur, Natalya Vodyanova, Valentin Yudaşkin, Yevgeniy Plyuşenko, Fedor Bondarçük, Tatyana Navka, Dima Bilan, Yelena Dementyeva və digərləri. kimi ən parlaq ulduzlar əməkdaşlıq etmişlər. Orifleymin gözəllik kitabının səhifələrində rus ulduzları şirkəti əlamətdar tarixlə bağlı təbrik edirlər: 

İrena Ponaroşku, teleaparıcı və jurnalist: “Orifleymin 50-illiyini təbrik edirəm! Həqiqi gözəlliyin həm daxildən, həm də xaricdən gəldiyinə inandığınıza görə və hər kəsi buna ilhamlandırdığınıza görə sizə minnətdaram. Mən də bu düşüncələrinizə tamamilə şərikəm!”

İlya Averbux, idmançı, fiqurist, prodüsser və quruluşcu-rejisor: “Şirkətin yubileyini təbrik edirəm! Orifleymin qarşıda hələ çox sayda qələbə və nailiyyətlərinin olduğuna əminəm. Arzu edirəm ki, onların hər biri ən azı ilk 50 ildə olduğu qədər parlaq və əsaslı olsun.”

Yarıməsrlik tarixi boyu Orifleymin qürur duyası çox şeyi var:

  •  Orifleym ətirləri dəfələrlə FIFI – Russian Fragrance Awards Rusiyanın Milli ətir mükafatına layiq olmuşdur;
  • 2006-cı ildə yeni podmoskovya fabrikinin konveyerindən ilk dodaq boyası çıxdı; eyni ildə MDB ölkələrinin hər dördüncü qadını Orifleymin dodaq boyasını almışdır;
  • Orifleymin baniləri, Robert və Yonas af Yoknik qardaşları dünya sahibkarlıq inkişafı tarixinə düşdülər və bu gün İsveçin biznes-cəmiyyətində əhəmiyyətli rol oynayırlar;
  • Hər 15 saniyədə bir dünyada kimsə “Aşkar effekt” 5-i-1-də əfsanəvi tuşunu alır1
  • Velnes seriyası dünyaca məşhur olan isveç alimləri tərəfindən yaradılmışdır. Qabaqcıl nəzəri elmin biliklərindən və sübutolunmuş tibbin geniş təcrübəsindən istifadə edərək onlar bütün ailə üçün keyfiyyətli və təsirli təbii məhsullar işləyib-hazırlayırlar.

                                    ORİFLEYM ƏFSANƏSİ EKSKLÜZİV QIZILI BAĞLAMADA – ŞİRKƏTİN 50 İLLİYİNƏ XÜSUSİ HƏDİYYƏ!

Uzaq 1970-ci ildə Orifleymin Tender Care Xüsusi yumşaldıcı vasitəsinin birinci bankası buraxılmışdır. Sonradan bu məhsul sonradan isveç brendinin əfsanəvi məhsulu və mütləq bestselleri olmuşdur. Xüsusilə yarıməsrlik yubileyinin şərəfinə şirkət məşhur məhsulu qızılı bayram bağlamasında buraxdı.

Xüsusi yumşaldıcı vasitə. Bayram buraxılışı

Məşhur vasitənin məhdud bayram buraxılışı xüsusi qızılı bankada. Təbii arı mumu və E vitamini ilə onilliklər boyu sınanmış formul quru dərini nəmləndirir, yumşaldır və müdafiə edir. Vasitə dərinin baryer funksiyasını bərpa edir. Universal vasitə: üz və bədən üçün uyğundur. Ətirsiz.

Həcm: 15 ml.


* 2014-cw ildən hit The ONE brendi adı altında buraxılır.