Yazın yeddi əsas byüti trendi

Məhşur meykap ustaları bu yaz bir fikirdədilər - ən əsası seçilməkdir. İntensiv makiyaj, saçlarda olan bəzək, əlvan manikür: bu yazın 7 əsas trendini təqdim edirik. Qaçırmaq olmaz!

BÖYÜKLƏR ÜÇÜN PARILTI
"Metallik paltar" – qısa və ya uzun – bu yazın əsas qanunudur: "heç nə qədərində olmamalıdır". Bu prinsipin eyni qaydada makiyajdada keçərli olduğuna biz də sevinirik. Qızılı dodaq boyası, parıltılı saç lentləri, gözlərdə parıltılı kölgələr – hamısını birlikdə edirik!

İlham mənbəyi: Ashish, Prada, Giambattista Valli, Maison Margiela

Saçlarda bəzək
Bu yaz saç bəzəkləri saç düzümündən belə vacibdir. Daxilindəki balaca-şahzadə qızı xaricə çıxart. Sən istənilən obrazda don geyə bilərsən, hətta saçlarını 70-ci illər tərzində saç düzümləri edə bilərsən. Bir qədər  daha ciddi obraz istəyənlər üçün bant saç düzümü daha əverişli olar. 

İlham mənbəyi: Saint Laurent, Dolce & Gabbana, Lanvin, Diane von Fustenberg

Monoxron Manikür
Bu mövsümdə də neyl-art dizaynerlərinin də müdaxiləsi olmada keçməyib. Klassik frenç və dırnaqlarda həndəsi fiqurlar: bizim videomuza bax və manikürü özün et!

İlham mənbəyi: Mugler, Markus Lupfer and Cushnie et Ochs

Mavi uzaqlıqlar
Mavi rəng çalarları – bu mövsümün dəb podiumlarının əsas rəngidir. Biz bu rəngi artıq hər yerdə görəcəyik - geyimlərdə, modellərin makiyajlarında, manikurlarda. Trenddə qalmaq istəyirsənsə göz rəng göz oxlarını elekto göy tuşla uyğunlaşdır.

İlham mənbəyi: Chanel, Roksanda Ilincic, Diane von Fustenberg, Missoni, Mary Katrantzou

Qırmızı ordu
Biz Topshop Unique dəb podiumlarında qırmızı rəngi, Oscar De La Renta al qırmızı, Burberry Prorsu nümayişlərində öküz qanı rəngi – bu ardıcıllığı sonsuz davam etmək olar. Makiyaja qaldıqda isə Nina Ricci, Jason Wu, həmçinin Viktoria Bekham təstiq edirlər: qırmızı dodaq boyası hələ də must have siyahısında qalır. 

İlham mənbəyi: Topshop Unique, Oscar De La Renta, Burbery Prorsum

 Hörüklərlə
Adi hörük artıq ən məhşur podiumların aktual saç düzümünə çevrilib. Yeni mövsümdə afro-hörüklər,mikro-dredlər, fransız hörükləri. həmçinin klassik tərzdə hörüklər dəbdədir. Bumların hamısının işindən biz səliqəli, effektli və ev şəraitində edilə bilən spiral-hörük saç düzümünü seçirik. 

Videodərsimizdə sənə belə saç düzümünün edilməsinin öyrədəcəyik.

İlham mənbəyi: Louis Vuitton, Hervé Léger by Max Azria, Céline, J.W. Anderson, Public School

Konservantsız

Biz bu effekti " supermodel üzü" adlandırırıq. Mükəmməl dəri tonu, qüsursuz dəri, təbii yanaqlar, ideal formalı qaşlar açıq ciyinli obraz və ya parlaq baza rəngli (DSquared2-dəki kimi) əla uyğunlaşır. 


İlham mənbəyi: Michael Kors Collection, Alexander McQueen, DSquared2 















Mətn: Şəkil: Getty images