1. Yay rəngi
Açıq hava əyləncələri üçün mükəmməldir.
İsti yay gümlərinin gəlməsilə mən ilanq-ilanq və ya qırmızı yasəmən norlu isti və şirin ətirləri mümkün qədər əlçatmaz yerə qoyuram – çünki daha çox zərif güllü və yüngül ətirlərə ehtiyacım olur. Bu yay daha çox freziya ətirləri aktualdır – daha çox zərif və itidir. Əgər eksperiment etmək istəmirsənsə yay paltarları ilə əla uyğun gələcək ənənəvi gül ətirlərindən istifadə edə bilərsiniz.
Notları axtarıram: freziya, portağal çiçəyi, peona, ağ zanbaq
Tövsiyə edirik: Giordani Gold Essenza
Məsləhət: saçlar ətri yaxşı saxlayır – darağa və şotkaya bir qədər ətir vuraraq saçlarını dara.
2. Təravət və sağlamlıq
Yay və şəhər üçün mükəmməldir
Müşk notlu ətirlər daha çox baza ətri kimi istifadə olunur. Çünki o digər ətirlərin qoxularını oyadaraq onları daha çox qalıcı edir. Müşk notlu ətirlər bir-birlərindən çox fərqlənirlər. Məsələn ağ müşk yazın gəlişindən xəbər verir. O insanda təmizlik və təravət hissi oyadır.
Notları axtarıram: ağ müşk
Tövsiyə edirik: Elvie Eau de Toilette
Məsləhət: ətrinin uzun müddət korlanmaması üçün onu sərin və quru yerdə saxla.
3. Zərif şərbət
Gecədən səhərə qədər oynamaq istəyənlər üçün mükəmməldir
Bu yayın əsas ətir trendlərindən biri – şərbət notudur: şirin, dadlı, zərif. Gül ətirləri ilə qarışıq təravətli və meyvə ətirləri yay günlərində əhval-ruhiyyəni qaldırırlar.
Notları axtarıram: çiyələk, yemiş, moruq, çəhrayı qreypfrut, şaftalı və limon.
Məsləhət: ətrin daha çox qalıcı olmasını istəyirsənsə duşdan çıxan kimi ətri bədəninə vur, nəm bədəndə ətir daha çox qalıcı olur.
4. Okean nəfəsi
Əyləncə və çimərlik üçün mükəmməldir
Dəniz brizinin duzlu notu gül ətirləri ilə ahənglik təşkil edərək gül notlu ətirlərdə aktual dönüş yaradır.
Notları axtarıram: dəniz suyu, dəniz eleksiri, məmir
Məsləhət: hər il ərzində yeni mindən çox ətir yaradılır, bu ətirlərin içində sən mütləq olaraq öz ətrini seçə bilərsən!