Gözlərə bax: maskada olduğun zaman 3 makiyaj

İndi bir çoxumuz evdən çıxdığımız zaman maska taxmaq məcburiyyətindəyik, buna görə göz makiyajı getdikcə müxtələfləşir və bu, yaradıcılıq üçün fürsətdir! Əgər onu düzgün seçsən, o, sənin unikal gözəlliyini vurğulayacaq. Niyə bu fürsətdən istifadə etməyəsən ki, elə deyil? Üzündə maska olmasına baxmayaraq cazibədar qalmağa kömək edəcək üç variantı seçdik.

Daha cəsarətli ol! Qrafik oxlar çək

Klassik "pişik" oxunu əldə etmək və ya daha cəsarətli qrafik xətləri sınamaq istəyindən asılı olmayaraq, prosesi əhəmiyyətli dərəcədə asan edəcək məsləhətlər sənin üçün faydalı olacaq. 

Mükəmməl təməldən başla. Bəli, hər şey bazadan asılıdır! praymer əsas rol oynaya bilrər. Üst göz qapağındakı çaları daha homogen hala gətirmək üçün bir az konsiler əlavə edə bilərsən.

Möhtəşəm klassik oxu yaratmağın ən asan yolu kontur işarələmək və sonra onu doldurmaqdır. Xətlərin yerləşdiyi yerləri müəyyənləşdir və onları incə fırça ilə çək. Sonra qüsurları silmək və yenidən başlamaq daha asan olacaq, elə deyil?

 

 

Daha parlaq ol! Cəsarətli rəngləri sına, görünüşünü təravətləndir

Bir çalar əsasında parlaq monomakiyaj hələ də aktualdır və əgər sən hələ bu trendi sınmamısansa, bunun əsl vaxtıdır. Rəng gündəlik görünüşə parlaqlıq əlavə etmək üçün ideal üsuldur. Minimum səy və vau-effekt təmin edilir! Uyğun çaları seç, kirpikləri boya — və hər şey hazırdır.

Məsələn, makiyaja dərin mavi rəngi əlavə etməyə çalışaq. İndigo çalarlı THE ONE Colour Unlımıted qalıcı göz qələm-kölgəni [KJ1] kirpiklərin böyüməsi xətti boyunca çək və sonra bütün göz qapağını boya. Kənarlarda yaxşıca yay. Fiksasiya və qalıcılıq üçün uxarıdan analoji çalarlı THE ONE kölgə-refil əlavə et. Finalda kirpiklər üçün tuş çək: gündəlik görünüş üçün THE ONE Wonder Lash 5-i 1-də çoxfunksiyalı kirpik tuşuidealdır. Yeri gəlmişkən, belə bir makiyaj video zənglər zamanı əla görünəcək.

 

Təbii gözəlliyini vurğula: göz rənginə uyğun göz kölgəsi seç.
Mavi gözlərə tünd-bej kölgələr əl uyğun gələcək, qəhvəyi gözlərə isə — tutqun yaşıl. Yaşıl gözlər incə bənövşəyi çalarla vurğulana bilər. Kölgəni göz qapaqlarına vur, sonra isə qaşüstü qövsünü vurğulamaq üçün daha açıq çalardan istifadə et. Gözləri vizual olaraq böyütmək üçün göz qapağının mərkəzində daha açıq parıltılı çalar istifadə et.

Vəssalam. Əgər maska taxmalısansa, bu hələ o demək deyil ki, sən parlaq ola bilməzsən. Əslində, bu, səni füsunkar edəcək tamamilə yeni görünüşü sınamaq üçün yaxşı bir imkandır!