Aloeni sevmək üçün 5 səbəb

Onun yarpaqları 99.5%-lik sudan ibarətdir, o ən hipoallergen komponentlərdən biri hesab olunur və bütün dəri növləri üçün uyğundur. Aloe ilə qulluğu sınamaq üçün daha çox səbəbləri öyrən!

Yəqin ki, 90-cı illərin əvvəllərində hər bir ailənin pəncərəsində aloe ilə bir qab dururdu, o, qorunub saxlanılıb və zökəm və ya kiçik yaraların müalicəsi lazım olduqda yarpaq-yarpaq dərilirdi. İndi aloe gözəllik sənayesinin ən dəbli komponentlərindən biridir və bunun səbəbləri var!

1. Nəmləndirir
Aloe yarpaqları nəmi asanlıqla saxlayır və ondan 99,5% -lik ibarət ola bilərlər və onların suyu dəridəyə adi sudan 4 dəfə daha sürətli daxil olur. Güclü nəmləndirici xüsusiyyətlər onu normal dəriyə qulluq etmək üçün əvəzsiz komponentə döndərir - məsələn, yenilənmiş Love Nature seriyasında.

2. Bərpa edir
Qaralmadan sonra vasitələr, radikal kosmetologiya və hətta plastik cərrahiyyədən sonrası bərpa üçün kremlər çox vaxt aloe ehtiva edir – onun nə qədər bərpa edici xüsusiyyətlərə malik olduğunu bir təsəvvür et! Aloe vera ekstraktı qızartını azaltmağa kömək edir, yanan hissi və narahatlığı aradan qaldırır, qoruyucu qat yaradır və hüceyrələrin yenilənməsini sürətləndirir.

3. Yaşlanmanın ilk əlamətləri ilə mübarizə aparır
Aloe ekstraktı hialuron turşusu və kollagenin istehsalını stimullaşdırır və bələliklə dərinin hamarlığı və elastikliyini təmin edir. Tərkibdəki antioksidanlar - E və C vitaminləri - sərbəst radikallardan qoruyur və oksidləşmə proseslərini yavaşlatır.

 4. Faydalı maddələrə zəngindir
Aloe  vitaminlər, minerallar və amin turşuları, fermentlər ehtiva edir, amma ilk növbədə biz onu polisaxaridlərə görə dəyərləndiririk - dəridə nəmi saxlamağa kömək edən maddələrdir.

 5. Bütün dəri növləri üçün uyğundur
Aloedə hər dəri növü üçün faydalı xüsusiyyət tapıla bilər: yağlı dəri sahibləri antibakterial effekti qiymətləndirəcəklər, problemli üçün iltihab və genişlənmiş məsamələrlə mübarizədə kömək edəcək, qurunu isə nəmi itirməkdən qoruyacaq.

 

Mətn: Şəkil: Oriflame