Davamlı inkişaf

Orifleymin uzunmüddətli məqsədi – davamlı inkişaf prinsiplərinə tamamilə cavab verən şirkət olmaqdır. Məhz buna görə də biz ətraf mühiti qoruyaraq və hər kəsin inkişaf edə biləcəyi cəmiyyətə öz töhvəmizi verərək yaşamalıyıq.

Məhsullarımızı yaradarkən biz ciddi ekoloji normalara cavab verən və ətraf mühitə zərər yetirməyən təbii inqredientlərdən istifadə etməyə çalışırıq. Orifleym dəriyə qulluq vasitələrnin tərkibində bitki ekstraktlarını istifadə etməyə başlayan ilk şirkətlərdən biridir və biz yenilənən təbii sərvətlərimizdən maksimum istifadə etmək yolları axtarırırq.  

Artıq bir çox böyük nailiyyətlər əldə etməyimizə baxmayaraq, biz uzun bir yola çıxdığımızı dərk edir və qarşıya qoyduğumuz məqsədə çatmaq üçün çox şey etməli olduğumuzu anlayırıq.

İnsanların həyatını yaxşılaşdırmaq

İnsanların: məsləhətçilər, istehlakçılar, əməkdaşlar və təchizatçıların həyatını yaxşılaşdıracaq şərtlər yaratmaq. Bunu həmçinin geniş mənada da həyata keçiririk – sosial proqramlarda iştirak edərək və humanitar layihələri dəstəkləyərək.

Məhsulların istehsalına məsuliyyətlə yanaşmaq

Yüksək sosial, etik və ekoloji standartlara uyğun olan məhsulları işləyib hazırlayaraq insanlara gözəllik və çiçəkləmə bəxş etmək.

Ekoloji təhlükəsizliyi dəstəkləmək

Təkcə öz fəaliyyətimizdə deyil, həmçinin məhsullarımızın hazırlanma, istehsal və çatdırlımasının bütün mərhələrində ekoloji tələblərə əməl etmək. Əsas vəzifəmiz yenilənən sərvətlərdən və ekoloji materiallardan mümkün qədər maksimal istifadə etmək, atmosfer və su hövzələrə tullantıları, həmçinin istənilən digər tullantıların miqdarını maksimal şəkildə azaltmaqdır.

Ecobeaty

Orifleym şirkəti davamlı inkişaf prinsiplərinə mümkün qədər daha çox uyğun gəlmək üçün bütün tədbirlərə əməl edir. Siz Ecobeaty kosmetik seriyasının necə yaradıldığı haqqında videoya baxa bilərsiniz.