Skip to main content Skip to main menu Skip to search
Orifleym hər zaman arzularını həyata keçirənləri dəstəkləmişdir. Bu prinsip, həmçinin 1967-ci ildə şirkət yaranandan məşğul olduğu xeyriyyəçiliyə də aiddir.

Biz inanırıq ki, əhalinin daha az qorunan hissəsi – uşaq və gənc qadınlara - köməyimiz onlara arzularını həyata keçirmək imkanı bəxş edəcək. Sərbəst inisiativləri dəstəkləmək uğrunda mübarizəmiz ictimai həyatda iştirakımızın əsas prinsipidir. Və bu tamamilə Orifleymin biznes-modelinə uyğun gəlir.

Maksimal təsirliliyə nail olmaq üçün biz bütün xeyriyyə fəaliyyətlərimizi Orifleymin Xeyriyyə fondunda cəmləşdirmirşik. Biz nəinki maariflənmə inisiativlərini uğurla həyata keçirməkdə böyük təcrübəsi olan, həmçinin ümumi məqsəd və dəyərlərimiz olan qeyri-hökümət və xeyriyyə təşkilatları ilə əməkdaşlıq edirik.  Beynəlxaql uşaq fondu və SOS Uşaq kəndləri ilə əməkdaşlığımızla fəxr edirik.

Beynəlxaql uşaq fondu

Hər bir uşağın uşaqlığa, təhlükəsizliyə, sevincə, oyunlara və həyata maraq dolu münasibətə haqq var. Təəssüflər olsun ki, bir çox uşaq bu haqlardan məhrumdur. Orifleymin də həmtəşkilatçısı olduğu, İsveç kraliçasının  hamiliyi ilə əsası qoyulan Beynəlxalq uşaq fondu bütün dünya üzrə ehtiyacı olan uşaqlara yardım edir. Bu təşkilətın işi sayəsində biz evsiz uşaqlara, zorakılığa məruz qalan, həmçinin uşaq müəssisələrində yaşayan uşaqlara kömək edə bilirik.

SOS uşaq kəndləri

Bu təşkilatın əsas vəzifəsi bioloji valideynlərinin baxa bilmədiyi uşaqlara uzunmüddətli qayğı göstərməkdir. Bu gün də, 60 il əvvəl fəaliyyətə başladığı vaxtdakı kimi SOS uşaq kəndlərinin əsas məqsədi dəyişilməz olaraq qalır – hər uşaq sevgi və hörmətlə əhatə olunacağı ailədə yaşamalıdır.