Kompaniya digərlərinə bənzəmir
Hazırda bizim məhsullarımızı 60-dan artıq ölkədən almaq olar və bizimlə 3 milyondan artıq məsləhətçi əməkdaşlıq edir.
BAŞLICA MƏQAMLAR
1967
İLK MƏHSUL XƏTTIMIZ
İlk məhsul xəttimiz üz kremləri, dodaq boyası və kirpik tuşlarından ibarət olmuşdur. Bütün vasitələr isveç bitkilərinin ekstraktlarına əsaslanaraq yaradılmışdı. Kompaniyanın yaradıcıları hər hansı bir məhsulun heyvanlar üzərində sınanmasına qəti şəkildə qarşı idilər – bu o zamanlar üçün yenilikçi bir təşəbbüs idi.
1970
İNNOVATIV SATIŞ METODU
Məhsulları ev yığıncaqlarında satmaq əvəzinə yeni metrodları sınamağı qərara aldıq və kataloq üzərindən şəxsi görüşlərə və satışa diqqətimizi cəmlədik. 1970-ci ilin avqust ayında Orifleymin ilk kataloqu dərc edildi, tiraj 1000 nüsxədən ibarət idi.
1970-Е
TENDER CARE BURAXILIŞI
Öncələri bu məhsul yalnız gözətrafı krem kimi tanınmışdı, sonralar isə quru dərilərdə göstərdiyi inanılmaz sakitləşdirici və nəmləndirici təsiri sayəsində geniş populyarlıq qazandı. Hazırda bu bizim ən çox satılan məhsulumuzdur – artıq 40 milyondan artıq banka satılıb!
1982
LONDON BIRJASI
Bizim kompaniya London birjasına çıxdı və bu İkinci Dunya müharibəsindən bəri orada çıxan ilk xarici kompaniya idi.
1997
İNTERNETƏ ÇIXIŞ
Biz oriflame.com adlı ilk internet-səhifəmiz yaratdıq.
1999
ÜMUMDUNYA UŞAQ FONDU
Biz İsveç Kraliçası Silvia ilə birlikdə, dünyanın hər yerindən olan uşaqlara kömək edən bir fond təsis etdik.
2008
DÜNYA SƏVIYYƏSINDƏ ELMI-TƏDQIQAT MƏRKƏZI
Biz kliniki araşdırmalar üçün laboratoriyalar yerləşən Oriderm təkmilləşdirilmiş Elmi-tədqiqat mərkəzini açdıq. Daha dəqiq nəticələr əldə etmək üçün biz orada könüllülərin iştirakı ilə tədqiqatlar aparırıq.
2009
DÜNYA SƏVIYYƏSINDƏ DƏRI TƏDQIQATI
Stokholmun mərkəzində dəri qulluğu sahəsində unikal texnologiyalar işlənib hazırlanan elmi-tədqiqat institutu açdıq.
2011
ECOBEAUTY BURAXILIŞI
Qabaqcıl, təbii, etik üsullarla yaradılan və ciddi ekoloji normalara cavab verən – bütün bu sadalananlar Ecobeauty seriyasının məhsulları haqqındadır. Beynəlxalq 4 aparıcı müstəqil birliklər olan Fairtrade, Ecocert, Veqanlar birliyi və Meşə himayəçiləri birliyi tərəfindən təsdiqlənən beynəlxalq xəttdir.
2015
NOVAGE BURAXILIŞI
Üstün cəhətlərindən biri innovativ patentləşdirilmiş Aspartolift texnologiya olan, dəriyə elastikliyini qaytaran dəri qulluğu üzrə yeni xətti buraxdıq. Onun effektivliyi kliniki sınaqlarla subut olunmuşdur.
2017
50 ILLIK YUBILEYIN QEYD OLUNMASI
Biz yarım əsrin astanasını keçdik və növbəti 50 il üçün planlar hazırlamağa başlamışıq.
2019
reytinqi Sustainability Walk the Talk 2019
Oriflame Stokholm İqtisadiyyat Məktəbinin Sustainability Walk the Talk reytinqində ən yüksək mükafata layiq görülüb.
2021
Climate Leaders 2021
Qeyd etmək lazımdır ki, Oriflame Financial Times və Statista-ın Climate Leaders reytinqində istixana qazlarının tullantılarının ən aşağı səviyyəyə salınmasına nail olmuş 300 Avropa şirkəti arasında 38-ci yeri tutur. Şəxsi və məişət məhsulları kateqoriyasında Oriflame 2-ci yeri tutur.
2022-ci il – 55 illik yubileyin qeyd olunması
2022-ci ildə Oriflame-in 55 yaşı tamam olur. Deməli, ötən illərin uğurlarını qeyd etmək və yeni qələbələrə hədəflənməyin vaxtı gəlib çatıb. Yubiley ilində biz gələcəyə inamla baxacağıq və böyük çətinlikləri təkrar-təkrar aradan qaldırmağa kömək edən birlik və ruhun gücün 55-ci ildönümünü qeyd edəcəyik.
S08-də
2022 – Waunt buraxılışı
Biz yeni dəriyə qulluq xəttini işə saldıq…