Oriflame öz məhsullarının təhlükəsizliyini necə yoxlayır?
Oriflame-in bütün məhsulları balanslaşdırılmış İsveç yanaşmasından istifadə etməklə hazırlanır:
Hərəkətlər – həmişə öhdəliklərini və vədlərini yerinə yetirmək
Təhlükəsizlik – özünlə harmoniyanı qorumaq, xarici və daxili balansı qoruyub saxlamaq
Məsuliyyət – bizim planetə və bütün dünya ictimaiyyətinə hörmət etmək
Bu prinsipləri rəhbər tutaraq, bizim öz ekspert komandamız bütün kosmetik formulların hərtərəfli yoxlanmasını istənilən sınaqları başlamazdan əvvəl həyata keçirir. Bu, hər bir inqrediyentin tehlükəzliyinə əmin olmaq üçün edilir. Sonra biz müstəqil laboratoriyalara müraciət edirik. Bu bizə kosmetik vasitələri sınaqdan keçirmək və könüllüləri (18 yaşdan yuxarı sağlam insanların) cəlb edməklə onların dəriyə təsirini qiymətləndirmək imkanını verir. Təhlükəsizlik sınaqları iştirakçıların razılığı ilə aparılır. Prosedur ixtisaslaşmış tibbi heyətin nəzarəti altında keçirilir. Kosmetik məhsulların klinik sınaqları heyvanlar üzərində testin yerinə təhlükəsiz və etik alternativ kimi qəbul edilib. Bu sınağlar hal-hazırda standart təcrübədir.
Heyvanlar üzərində sınaqların keçirilməsinə qanunla icazə verilir?
2013-cü ildə Oriflame ilk dəfə heyvanlar üzərində sınqalara qarşı çıxdıqdan 40 ildən çox vaxt keçdikdən sonra Aİ heyvanlar üzərində sınaqdan keçirilmiş kosmetikanın satışını qadağan etdi. Bu, o deməkdir ki, 2013-cü ildən Avropada satış üçün heç bir kosmetik məhsul və ya inqrediyent bu şəkildə sınaqdan keçirilə bilməz. Əfsuslar olsun ki, bu yanaşma bütün dünyada riayət edilmir. Heyvanlar üzərində testlərin nəticəsində əldə edilən sınağların məlumatları, məhsulun yerli qanunlara və qaydalara uyğun olaraq bazarda rəsmi qeydiyyatı üçün yerli hakimiyyət orqanları tərəfindən tələb oluna bilər.
Oriflame heyvanlar üzərində sınağı aradan qaldırmaq üçün hansı addımları atır?
Biz heyvanlar üzərində sınaqlar keçirilməyən dünyada yaşamaq istəyirik. Bu ambisiyaları reallığa çevirmək üçün Oriflame mövcud olduğu bütün ölkələrdə məhsul portfelini fəal şəkildə qiymətləndirir, məhsulların çeşidində və tərkibində potensial dəyişiklikləri izləyir, istehsal yerini nəzərə alır. Biz heyvanların rifahına real və uzunmüddətli töhfə vermək istəyirik və bunun üçün kosmetik məhsullarımızı satdığımız bütün ölkələrin hakimiyyət orqanları ilə əməkdaşlıq etməyə və bütün dünyada məhsulların təhlükəsizliyi tədqiqatlarına daha humanist və etik yanaşmanı təmin etməyə çalışırıq.