Təsviri
Dərini effekttiv şəkildə təmizləyir və sakitləşdirir – istehlakçıların 91%-i təsdiqləyir*
Dartılma hissi qoymadan dərini yumşaldır –istehlakçıların 85%-i təsdiqləyir**
*İstehlakçı sınağının nəticələrinə əsasən.
Pompalı gigiyenik və praktik flakon: vasitənin lazımlı miqdarını asanlıqla ölçəcə biləcəksən və formul ilə barmaqların kontaktından qaçınacaqsan. Həssas dəriyə lazım olan şey!
İstifadə qaydası
Dərinin çirklənmələrdən gündəlik təmizlənməsi krem və serumların tərkibindəki aktiv maddələrə daha dərindən nüfuz etməyə və daha effektiv təsir göstərməyə imkan verir.
- Üzünü isti su ilə yu.
- Ovuclarına bir az köpük sıx – başlığa 1-2 dəfə basmaq kifayət edəcək.
- Gözətrafı nahiyədən çəkinərək onu masaj hərəkətləri ilə dəri üzərində yay.
- Vasitəni yaxşıca yu və dərini yumşaq dəsmalla qurut.
Ən yaxşı nəticəyə nail olmaq üçün NovAge Skinrelief Pro Resilient (44480) kompleks qulluğunun bir hissəsi kimi gündə iki dəfə istifadə et.
Tərkibi
Ultra Calm texnologi̇yası həssas dərinin qoruyucu funksiyalarını bərpa edir, sakitləşdirir və onun təbii qoruyucu maneəsini daxildən gücləndirir.
Airy Foam texnologiyası yumşaq təmizləyici komponentlərin birləşməsidir və çirkləndiricilərin və makiyajın zərif, lakin effektiv şəkildə təmizlənməsi üçün pompalı və xırda torlu flakonun sayəsində yaranan köpüyün havalı teksturasıdır.
Həmçinin provitamin B5 kimi tanınan D-pantenol və qliserin dərinin maneə funksiyalarını gücləndirir və narahatlığı azaldır.