Təsviri
SPF 30 ilə yaşlanmanın ilk əlamətlərinə qarşı üz üçün gündüz krem-energetiki ilk qırışlardan* qoruyur və 24 saat ərzində nəmləndirir**.
- E vitamini - güclü təbii antioksidant - nəmi dəridə saxlayır və təbii lipid maneəsini gücləndirir;
- Qoruyucu Pollution Protect texnologiyası ətraf mühitin aqressiv təsirlərini minimuma endirərək dəri səthindəki ən incə qoruyucu təbəqəni əmələ gətirir;
- Mat kirşan artıq sebumu hopdurur, dərinin teksurasını yaxşılaşdırır, onu ipək və hamar edir.
Effektivlik klinik və istehlakçı tədqiqatları ilə təsdiqlənib. Dermatoloji nəzarət altında sınaqdan keçirilib.
Maksimum effektivlik üçün serumdan sonra hər səhər NovAge Skinergise Ideal Perfection (42723) kompleksli qulluğun tərkib hissəsi kimi istifadə et.
*NovAge Skinergise Ideal Perfection standart təmizləyici vasitə və gündüz krem-energetikdən istifadə edərək ilk tətbiqdən sonra və 8 həftəlik tətbiqdən sonra klinik sınaqlara əsasən. Klinik tədqiqatlar OriDerm laboratoriyasında 27 iyun - 29 avqust 2018-ci il tarixlərində 49 qadının iştirakı ilə aparılıb.
**Epidermisin üst qatı. NovAge Skinergise Ideal Perfection gündüz krem-energetikin istifadəsi ilə ilk tətbiqdən sonra aparılan klinik sınaqlara əsasən. Klinik tədqiqatlar OriDerm laboratoriyasında 27 iyun - 29 avqust 2018-ci il tarixlərində 49 qadının iştirakı ilə aparılıb.
İstifadə qaydası
Gündüz kremi səhər kompleksli qulluğun son mərhələsidir. . Onun formulu dərini gün ərzində lazımi dərəcədə nəmləndirmə və ətraf mühitin təsirindən qorumaq üçün hazırlanmışdır
- Üzün müxtəlif mahiyyələrinə - alına, hər iki yanağa, burun və çənəyə 5 kiçik noxud ölçülü krem çək.
- Barmaq uclarının yüngül masaj və ya vurma hərəkətlərindən istifadə edərək tamamilə hopulana qədər yay. Gözətrafı nahiyyədən çəkin. Praymer, tonal əsas, əlavə günəşdən qorunma və ya digər məhsullardan istifadə etməzdən əvvəl bir neçə dəqiqə gözlə.
Kompleks qulluq sinerji prinsipi əsasında qurulmuşdur: hər bir vasitənin formulu elə düşünülmüşdür ki, onlar hamısı bir-birni tamamlayır. Fərdi məhsullardan uğurla istifadə edə bilərsən, lakin tam dəst daha yaxşı işləyir. Maksimum təsir üçün NovAge Skinergise Ideal Perfection (42723) kompleksli qulluğun bir hissəsi kimi istifadə et.
Tərkibi
- Taurin təbii enerji içkisidir. Skandinav yosunları ilə duetdə taurin sözün əsl mənasında hüceyrələri enerji ilə doldurur, nəmləndirir, dərinin canlılığını bərpa edir və qoruyur.
- Asai giləmeyvələrin kök hüceyrə ekstraktı sərbəst radikalların təsirindən qoruyur, güclü nəmləndirmə verir və taurinin enerji vermə təsirini tamamlayır.
- Pollution Protect qoruyucu texnologiya və UV filtrlər dərini aqressiv ətraf mühitdən qoruyur, erkən yaşlanmanın qarşısını alır.