Skip to main content Skip to main menu Skip to search

Terminlər və anlayışlar

İstifadəçi - "Oriflame" şirkətinin (bundan sonra mətn üzrə - Oriflame) İnternet şəbəkəsindəki elektron nümayəndəliyinin ziyarətçisi olan istənilən fiziki və ya hüquqi şəxs.

Sayt - "Oriflame" şirkətinin İnternet şəbəkəsindəki elektron nümayəndəliyi (web-serverdə yerləşən məna, naviqasiya və fiziki baxımdan birləşdirilən təkrarlanan dizaynlı web-səhifələrin toplusu).

Hiperlink - bu, saytdakı və ya elektron poçt məktubundakı əlaqə quran və İnternetdəki digər obyektlərə keçid almağa imkan verən qrafik şəkil və ya mətndir; bu, İnternetdə yerləşən başqa fayla işarə edən və həmin fayla tam yolu (URL) ehtiva edən HTML sənədindəki sətirdir.

Freym - bu, HTML versiya 3.0 və daha yüksək dilin elementidir. Freymlər web-səhifəni bir neçə müstəqil pəncərəyə bölməyə və onların hər birində ayrı web-səhifə yerləşdirməyə imkan verir. Bu zaman bir pəncərədən başqa pəncərəyə istinadlara icazə verilir.

1. Bu Saytdan istifadə şərtləri

Bu sayt Oriflame şirkəti tərəfindən xidmət kimi dəstəklənir və bu xidmətin təqdim edilməsi şərtləri aşağıda göstərilmişdir. Sizin bu Saytdan istifadəniz xidmətin bütün şərtlərini qəbul etdiyinizi və onlarla razı olduğunuzu nəzərdə tutur. Bu şərtlərlə razı olmadığınız halda, bu Saytdan istifadə etməyinizi xahiş edirik.

Oriflame ''Oriflame Cosmetics AG'' şirkətinə məxsus olan, qeydiyyata alınmış əmtəə nişanıdır. Bu əmtəə nişanı hüquq sahibinin əvvəlcədən yazılı razılığı olmadan surəti çıxarıla və/və ya istifadə edilə bilməz (). Əqli (sənaye) mülkiyyətin digər obyektləri, o cümlədən əmtəə nişanları da hüquq sahiblərinin mülkiyyətidir, buna görə də həmin obyektlərdən və əmtəə nişanlarından istifadə etmək üçün də onların hüquq sahiblərinin yazılı razılığını almaq lazımdır.

Bu Saytın dizaynı və strukturu, eləcə də onun Rusiya Federasiyasının mülki qanunvericiliyinə uyğun olaraq mühafizə obyekti olan digər elementləri onların əsasında yeni informasiya obyektlərinin yaradılması və ya qanunvericiliyi pozan hər hansı digər məqsədlər üçün tam və ya qismən təkrarlana bilməz (surəti çıxarıla, imitasiya edilə bilməz).

Şə
killər, qrafika, səs və ya video məlumat Oriflame-in yazılı icazəsi olmadan başqa internet saytlarda yerləşdirilmək üçün və ya kağız və ya maqnit daşıyıcılarında surətlərin yaradılması yolu ilə yayılması üçün kopyalana bilməz.

Saytın İstifadəçisi bu Saytdakı səhifələrin və ya digər materialların bir nüsxəsini yalnız öz şəxsi qeyri-kommersiya daxili istifadəsi məqsədi ilə fərdi kompüterinə yükləmək hüququna malikdir, o şərtlə ki, İstifadəçi kopyaladığı materialları heç bir şəkildə dəyişdirməsin, onları digər işlərdə istifadə etməsin, müəllif hüququ üzrə istənilən bildirişi və ya digər əqli mülkiyyət məlumatlarını dəyişdirməsin və ya silməsin. Bu Saytdan məlumatların birdəfəlik yüklənməsi və istifadəçi tərəfindən istifadə edilməsi üçün bu hüquq üçüncü şəxslərə keçirilə bilməz, onun fəaliyyətinə Oriflame-in təktərəfli qərarına əsasən istənilən vaxt xitam verilə və ya geri çağırıla bilər.

Oriflame bu saytda freymlərdən istifadəni məhdudlaşdırmaq hüququnu özündə saxlayır, İstifadəçi isə Oriflame-dən yazılı tələb aldıqdan sonra bütün saytda və ya onun istənilən hissəsində freymlərdən istifadəni dərhal dayandırmağa razılıq verir.

İ
stifadəçilər müəllif hüquqları, ticarət nişanı və ya digər mülkiyyət hüququnun sahibinin icazəsi olmadan müəlliflik hüququ haqqında qanunvericiliklə qorunan hər hansı materialı bu saytda yerləşdirməməlidirlər. Bu cür material yerləşdirən İstifadəçi bu hərəkətdən irəli gələn müəllif hüquqları və mülkiyyət hüquqlarının pozulmasına görə tək məsuliyyət daşıyacaq.

Oriflame bu Sayta və ya bu Saytdan hiperlinklərin olduğu saytlardakı məlumatlara, səhifələrə, digər materiallara və proqram təminatına nəzarət etmir və ya buna görə məsuliyyət daşımır. Bu Sayta və ya bu Saytdan hiperlink Oriflame-in bu hiperlinklər üzrə saytı təsdiq etməsi və ya tövsiyə etməsi və ya belə saytlarda mövcud olan hər hansı məlumatın, səhifələrin, materialların və ya proqram təminatının dəqiqliyi, keyfiyyəti, təhlükəsizliyi və ya yararlığı ilə bağlı hər hansı bəyanat verməsi anlamına gəlmir.

Oriflame heç bir halda hiperlinklər üzrə saytların İstifadəçiləri tərəfindən istifadəsinə görə məsuliyyət daşımır.

Oriflame bu Sayta qanunvericiliklə icazə verilən maksimum dərəcədə hiperlinkləri məhdudlaşdırmaq hüququnu özündə saxlayır və İstifadəçi bununla Oriflame-dən yazılı bildiriş aldıqdan sonra dərhal bu Sayta olan istənilən hiperlinki çıxarmağa və ya silməyə razılıq verir.

Bu Saytda olan və ya bu Saytdan yüklənə bilən məlumatlar, səhifələr və digər materiallar Oriflame tərəfindən heç bir zəmanət olmadan "olduğu kimi" təqdim olunur.

Oriflame məlumatların, səhifələrin və ya materialların dəqiqliyinə, adekvatlığına və ya dolğunluğuna zəmanət vermir və mümkün səhvlər və ya çatışmazlıqlara görə məsuliyyət daşımır. İstifadəçi məsuliyyəti öz üzərinə götürərək bu Saytdan istifadə edir və səhifələrin və digər materialların viruslara və ya digər zərərli təsirli obyektlərinə malik olmamasını təmin etmək üçün tədbirlər görməlidir. Bu sayt İstifadəçi tərəfindən istifadə olunan veb-brauzer və ya digər proqram təminatı ilə uyğun olmaya bilər. Oriflame saytın dəyişilməz və ya mövcüd formada işləməsinə zəmanət vermir və bu saytın yayımı mütəmadi olaraq kəsilə, ləngiyə, habelə istənilən vaxt dayandırıla bilər.

Bu Saytda tarixi göstərilmiş və ya qeyri-dəqiq məlumatlar ola bilər, bu halda Oriflame tərəfindən xəbərdarlıq edilmədən məlumat dəyişdirilə və ya yenilənə bilər. Oriflame öz üzərinə heç bir öhdəlik götürmür və Saytda olan məlumatı yeniləmək və ya korrektə etmək vəzifələrindən dəqiq olaraq imtina edir.

Oriflame bu Saytda olan qaçılmaz səhvlər və ya buraxılışlara görə baş verən hər hansı xərc və ya zərərə görə məsuliyyət daşımır və bu Saytda olan hər hansı məlumatdan istifadə edən Saytın istənilən İstifadəçiləri bunu öz məsuliyyəti altında edirlər.

Oriflame Brend-Partnyorlar tərəfindən istehlakçılara və alıcılara təqdim edilən məhsul barədə məlumatın şirkətin saytında yerləşdirilmiş məlumat ilə uyğunsuzluğuna görə məsuliyyət daşımır.  Brend-Parnyorların Oriflame məhsul və xidmətləri haqqında məlumatı daxil edən öz saytlarının olduğu təqdirdə, onlar məhsul və xidmətlər haqqında rəsmi məlumatın yenilənməsinə müstəqil şəkildə nəzarət etməli və vaxtında müvafiq dəyişikliklər etməlidirlər.

Nə Oriflame, nə də onun Brend-Partnyorları və ya əməkdaşları bu Saytda verilmiş məlumatlar əsasında qəbul edilmiş qərarların nəticələrinə görə məsuliyyət daşımır.

ORİFLAME DƏQİQ OLARAQ BU SAYTLA BAĞLI HƏR HANSI İFADƏ OLUNAN VƏ YA NƏZƏRDƏ TUTULAN ZƏMANƏTLƏRİN VERİLMƏSİNDƏN İMTİNA EDİR, O CÜMLƏDƏN, LAKİN BUNUNLA MƏHDUDLAŞMAYARAQ, SATIŞ ÜÇÜN YARARLILIQ VƏ KONKRET TƏTBİQ ÜÇÜN NƏZƏRDƏ TUTULAN ZƏMANƏTLƏRİN VERİLMƏSİNDƏN.

HEÇ BİR HALDA. ORİFLAME İSTİFADƏÇİ QARŞISINDA BU SAYTIN VƏ YA HİPERLİNKLƏRİN OLDUĞU HƏR HANSI SAYTIN İSTİFADƏSİ İLƏ ƏLAQƏDAR VƏ YA ONDAN İRƏLİ GƏLƏN HƏR HANSI BİRBAŞA, DOLAYI VƏ YA DİGƏR ZƏRƏRƏ GÖRƏ MƏSULİYYƏT DAŞIMIR.

TƏTBİQ OLUNAN QANUNVERİCİLİKDƏ YUXARIDA GÖSTƏRİLƏN BÜTÜN İSTİSNALARA İCAZƏ VERİLMƏYƏ BİLƏR VƏ BUNA GÖRƏ DƏ BU PARAQRAF İSTİFADƏÇİYƏ TAM VƏ YA QİSMƏN TƏTBİQ EDİLMƏYƏ BİLƏR.

Sənəddə aydın şəkildə təqdim olunmayan bütün hüquqlar qorunur.

2. Bu Saytın istifadə şərtlərinin dəyişdirilməsi

Oriflame həm bu şərtləri dəyişmək, həm də yenilərini tətbiq etmək hüququnu özündə saxlayır. Bu cür dəyişikliklər Saytda yerləşdiridiyi andan qüvvəyə minir. Şərtlər dəyişdirildikdən sonra İstifadəçi tərəfindən Saytın materiallarından istifadə etməsi bu şərtlərin avtomatik olaraq qəbul edilməsi deməkdir.