Giordani Gold-un Yeni premial ətirini qarşıla

Sevdiyin ətirlər xəttində hissiyatlılıq və innovasiyaların kəsişməsində yeni məhsul çıxdı. Hər qızın niyə Giordani Gold Essenza Sensuale-a ehtiyacı olduğu haqqında danışırıq.

 

Müasir parfümeriya trendləri deyir: yalnız bir ətirdən istifadə etməkonu bütün həyat boyu seçmək vacib deyil. Ətiri müəyyən mövsümdən, səbəbdən, müəyyən notlara dəbdən asılı olaraq – ya da sadəcə əhval-ruhiyyəyə görə olar dəyişdirmək və bunu etmək lazımdır. Giordani Gold ətirləri xəttində özünü inanılmaz dərəcədə gözəl, həssas və arzuolunan hiss etmək istədiyin xüsusi hallar üçün yeni məhsul çıxıb. Onu ofisə və ya dostlarla gezintəyə çıxmaq üçün vurmaq lazım deyil - qoy bu flakon sənin sirrin və əsl gizli silahın olsun.

Notlar üzrə kimi
Giordani Gold Essenza Sensuale-ın ürəyində eksklüziv olaraq Oriflame üçün yaradılmış Essenza® flördoranj durur. Flördoranj portağal ağacının çiçəklərindən əldə edilir: onların zərif ətiri daha büzücü və bal yarı tonları ilə əhatə edilmiş yasəmənə bənzəyir. Renessans dövründə flördoranj əsas saray ətirinə çevrildi: o vaxtlar bütün zadəgan xanımlar məhz onu sevirdilər. Yeni məhsulumuzda flördoranjı, onun dərinliyini və hissiyatlığını artıraraq qardeniya, burbon vanili və səndəl ağacı əhatə edir.

 

Həssas toxunuş
Oriflame-də ilk dəfə parfüm tətbiqi xüsusi, həssas bir rituala çevirən innovativ aplikatorlu flakona yerləşdirilib: tələsməmək üçün, dəridə lüks ətirin damcılarını, onun notlarınıimkanlarını hiss etmək üçün bir bəhanə. Qapaqda ətirlə doldurulan və yalnız dəri ilə təmasda olduqda onu yayan xüsusi pipet var. Sadəcə nəbz nöqtələrinə toxun: boyun, biləklər, qulaqların arxasındakı nahiyə, dirsəyin daxili tərəfi. Qapağı yerinə bağlapipet yenidən dolacaq.

Sevdiyin ətirdən həzzi necə uzatmaq olar? Flakonu qaranlıq və sərin yerdə saxla: ətraf mühitin aqressiv təsirindən mürəkkəb kompozisiya dəyişə bilər və dərinliyi itirə bilər. Parlaq günəş işığı, rütubət, isti hava və temperatur dəyişmələri parfümün əsas düşmənləridir, buna görə pəncərəaltıhamam otağı saxlama üçün uyğun olmayacaq. Duşdan dərhal sonra və nəmləndirilmiş dəriyə tətbiq et. Təmiz yaş saçlara bir neçə damla əlavə edə bilərsən: ətir bütün gün ərzində qalacaq.

Mətn: Şəkil: Oriflame