Şəhzadə kimi: beş şəhzadə obrazını araşdırırıq

Zəriflik və eleqantlılığı təcəssüm etdirən müasir şəhzadələr. Sizə onları təqdim edirik.

Ketrin, Kembriv hersoginiyası
Ketrin Elizabet Mauntbetten-Vindzor (qızlıq soyadı Ketrin Middlton) 2011-ci ildə şəhzadə Vilyamla ailə qurmuşdur və bu toy müasir kral toylarının içərisində ən dəbdəbəli toylardan idi.  O gündən cütlüyün iki uşağı dünyaya gəlmişdir. Ketrin  xeyriyyəçiliklə məşğuldur və Time jurnalının məlumatına görə dünyanın 100 ən nüfuzlu insanları siyahısına daxildir. Onun makiyaj tərzi -  qalın olmayan majiyaj əsası, qıhvıyi rıngli göz kölgəsi və təbii çəhrayı rəngli kirşan. Bu tərz makiyaj üçün qüsursuz qaşlar və netral rəngli dodaqlar. Həmçinin onun mükəmməl saç düzümü bizi həmişə valeh edir. 

Tailand şəhzadəsi Sirivannavari Nariratana
Varis-şəhzadənin qızı şəhzadə Sirivannavari Nariratana - Parijin dəb həftəsinin daimi qonağıdır. O əlvan rəngli fəal makiyajlara üstünlük veri və həmişə çox dəbli görsənir. Əlvan dodaq boyası, ekstra-uzun kirpiklər və bronz çalarlı kirşanı mükəmməl uyğunlaşdırır. 

İordaniya kraliçası Raniya Al-Abdulla
Bəli o şəhzadə yox, kraliçadı. Lakin buna baxmayaraq kraliça Raniya Al-Abdulla Yaxın Şərqdə ən mütərəqqi qadın ictimai xadimlərindən biri olması ilə yanaşı əsl byuti-ikonadır. Onun ən məhşur tərzi – kral eleqantlığını əks etdirən qızılgül tozu və vurğulanmış gözlərdir. Bu tərzin yaradılması üçün sənə maye dodaq boyası, neyrtal və qəhvəyi rəngli donuq köz kölgələri lazımdır.

Niqeriya şəhzadəsi Keişa Omilana
Keişa ilk görüşdən Nigeriya şəhzadəsi Kunle Omilanın ürəyi fəth etmişdir. Model və filantrop olan bu xanım sadə makiyaja üstünlük verir. Sağlam, parlaq, cavan və baxımlı üz dərisi və vurğulanmış qaşlar. Bu tərzi yaratmaq üçün makiyaj öncəsi əsas, parlaq yanaqlar və təbii çalarlı dodaqlar lazımdır. 

İsveç şahzadəsi Madlen
Kral fəaliyyəti ilə yanaşı, Şahzadə Madlen ad idman növünü çox sevir. Belkə də elə bununla onun zərif çəhrayı çalarlı yanaqları və qesursuz dəri tonu izah olunur. Onun sevimli tərzi – parlaq saçlar və vurğulanmış gözlərdir. Şəhzadə Madlen göz kölgələrindən istifadə etmir. Onun zərif çəhrayı parıltılı dodaqları qəhvəyi rəngli göz kölgəsilə əla uyğun gəlir.














Mətn: Şəkil: Sanna Franklin