Dərinin düzgün təmizlənməsi

Effektiv kompleks qulluğun əsasında dərini növbəti vasitələrin çəkilməsi üçün hazırlayan təmizlənmə proseduru durur. Bu prosedurun düzgün yerinə yetirilməsi və maksimal effektiv alınması haqda danışırıq.

NİYƏ TƏMİZLƏNMƏ BU DƏRƏCƏDƏ VACİBDİR?

Böyük şəhərlərdə yaşamaq avtomobillərin işlənmiş qazlarından tutmuş siqaret tüstüsünədək ətraf mühitin müxtəlif çirklənmə növləri ilə təmasda olmaq deməkdir. Bu çirklənmələri əsaslı surətdə dərindən təmizləmək çox vacibdir, çünki bunu etməsək vaxtından tez qocalmaya səbəb olan oksidativ stress ilə qarşılaşa bilərik. Qeyri-kafi təmizlənmənin uzunmüddətli mənfi təsiri ilə yanaşı özünü ani biruzə verən effekti də var - tər və dərinin ölmüş hüceyrələri ilə birləşərək  çirklənmə vasitəsilə dəriyə hopmuş hissəciklər məsamələri doldurur və tutur. Nəticə olaraq səpmələr və qara nöqtələr yaranır.

YAXŞI, BƏS MƏN NƏ ETMƏLİYƏM?

  • Dərinin sağlamlığını və gözəlliyini qoruyub saxlamaq istəyirsənsə, yatmazdan öncə makiyajın silinməsi mütləqdir. Tonal krem məsamələri tuta, dərini quruda və yuxu zamanı onun bərpa olunmasına heç bir şans verməyə bilər.
  • Əl-üzünü yu: beləliklə artıq sebumu, səpmələri və çirklənmələri yığışdırmış olacaqsan. Bundan başqa, əgər dəri kifayət qədər təmizlənməyibsə, göz üçün krem, zərdab və nəmləndirici kremin effekti olmayacaq və sən əbəs yerə vaxtını və pulunu dəriyə qulluq üçün sərf etmiş olacaqsan. Əl-üzünü yumaq üçün qurutmayan incə vasitələrdən istifadə et.
  • Dərini mütləq şəkildə səhər və axşam təmizlə. Gecə tənəffüs və tərləməyə görə biz bədən rütubətinin böyük hissəsini itiririk. Bu səbəbdən səhərlər təmizlənmə və nəmləndirmə çox vacibdir. Axşam gün ərzində dəridə yığılmış bütün çirklənmələri silmək və dərini kompleks qulluğa aid digər vasitələrin təsiri üçün hazırlamaq lazımdır. Əgər bütün bunları qaydası ilə etsən, yatdığın zaman dərin bərpa mexanizmlərini işə salacaq.

BƏS ÜZÜ YUDUQDAN SONRA NƏ GƏLİR?

●Tonuslaşdırma dərinin maye balansını bərpa etməyə və makiyajın izlərini silməyə kömək edir. Tonikin sənə uyğun olub-olmamasını necə yoxlamaq olar? Toniki istifadə edəndən sonra təmizlik, gümrahlıq və yumşaqlıq hissi yaranmalıdır.

Əl-üzünü yuyub dərhal krem çəkməyin daha rahat olduğunu bilirik - dəriyə qulluq zamanı tez-tez məhz tonikin istifadəsi unudulur. Dərinizə tələb olunan tonusu toniki istifadə etmədən bəxş etmək olar. Bunu heç bilirdinizmi? Yeni təmizləyici NovAge gel-toniki NovAge təmizləyici gel və tonikin birgə istifadəsi ilə eyni dərəcədə effektiv təsirə malikdir və bu kliniki tədqiqatlarla sübut olunmuşdu. O, dəridən bütün görünən çirklənmələri təmizləyir, amma eyni zamanda epidermisin baryerini zədələmir və əlavə nəmləndirməni təmin etmək üçün kifayət qədər incə təsirə malikdir. Əl-üzünü yuyandan sonra dərin təmiz, gümrah və elastik olacaq, zərdabı və kompleks qulluğa aid digər kremləri özünə çəkməyə hazır olacaq. Artıq dərinin təmizlənməsi və tonuslaşdırması üçün bir sadə addım kifayətdir!


Mətn: Şəkil: Oriflame