Gözəllik: istifadəçi təlimatları

Biz qulluq və gözəllik haqqında ən çox verilən sualları topladıq və onlara son cavabı verdik.

S: Tozvari kirşandan necə istifadə etmək?
C: Tozvari kirşan dəriyə ipək hamarlığı verərək üz əsasını tamamlayır. Həmçinin o üz dərisini bərabərləşdirərək onun nəmləndirilməsinə imkan yaradır.  

Kirşanı çəkməyin düzgün qaydası iri həcimli fırçanı kirşana batıraraq. əlavə tozun çırpıldıqdan sonra üzə yaylmasıdır. Kirşanı daha çox T-zonasına çək və qüsursuz dəri tonundan həzz al. 

S: Dırnaq boyasının qapağını aça bilmirəm. Bu o deməkdir ki, o xarab olub və yenisini almağa ehtiyac var?

C: Dırnaq boyasının qapağını bir dəqiqə ərzində isti suyun altında saxla. Bu qapağın açılmasına kömək edəcək. 

 

S: Gündüz və ya gecə kreminin bankasında qapağın altında müdafiəedici folqa mövcüddur. Onu atmaq və ya saxlamaq lazımdır?
C: Saxlamaq. O əlavə olaraq kremi hava və işiqdan müdafiə edərək onun tırkibindəki aktiv inqredientlər olan vitamin C və retiniol kimi maddələrin öz xüsusiyyətlərini itirməyə imkan vermir.  

S: "Zərif qulluq" balzamı dodaqlara yaxşı qayğı göstərir, ondan necə istifadə edə bilərəm?
C: "Zərif qulluq" balzamı dodaqlarına qayğı üçün yaradılmışdır. Yalnız sən onu parıltı üçün göz qapaqlarına da çəkə bilərsən. Biz onu quru nahiyyələrin yumşalması üçün istifadə edirik. 

S: Gözətrafı kremlərdən düzgün olaraq necə istifadə etmək lazımdır?
C:  Gözətrafı kremi göz ətrafına çək. Yalnız unutma ki, göz qapağına kirpik nahiyyəsində istifadəsi qadağandır. Qıcıqlanmadan qaçmaq üçün yaknız aşağı göz ətrafına istifadə edin. əgər aplikatordan istifadə edə bilmirsənsə bunu barmaq ucluğu ilə də edə bilərsən. 

S:  Giordani Gold diyircəkli kirşanından necə istifadə etmək lazımdır?
C: Diyircəkli kirşan özündə dəriyə parlaqlıq və yüngül qaralma effekti verən mikrohissəciklərdən ibarətdir. Sənə yelpik formasında orta ölçülü fırça lazımdır. Fırçanı kirşana batıraraq istifadə et. 

S: Saç yağı nəyə görə lazımdı və ondan necə istifadə etmək?

C: Qadınlar əsrlər boyu saç yağından saçların sağlam və parıltılı görünmələri üçün istifadə ediblər. Bu cür yağların tərkibində çoxlu faydalı inqredientlər olan Vitamin E, yağ turşuları saçları şişməyə qoymur və onlara parıltı verirlər. Çox vaxt saç yağından yuyulmayan kondisioner kimi istifadə edirlər. 
Saç yağından necə istifadə etmək: bir neçə damcı yağı ovcunda qarışdıraraq nəm və ya ancaq dəsmalla qurudulmuş saçlara sürt.  

S: Adi saç yağının qaynar saç yağından fərqi nədədir?
C: Qaynar saç yağı adi saç yağından tərkibi və istifadə qaydasına görə fərqlənir. Adi saç yağı nəm saçlara istifadə olunduğu halda, qaynar yağ yaş saçlara istifadə olunur. Adi saç yağı və maskalar saçın üçumi görünüşünü yaxşılaşdırır. Qaynar saç yağları isə saçlara daxildən təsir edir. Qaynar saç yağlarından istifadə etmək kifayət qədər asandır: məhsulu bir neçə dəqiqə isti suda saxladıqdan sonra saçlara istifadə olunur. Bir dəqiqədən sonra yu və həftədə bir dəfə təkrarla. qaynar yağ istənilən saça uyğun gəlir, yalnız quru saç növləri üçün istifadəsi xüsusilə tövsiyə olunandır.

S: Saç zərdabları nəyə görə lazımdır və onları düzgün olaraq necə istifadə etmək?
C: Saç zərdabı – silikon tərkibli məhsul olub saçlara parlaqlıq və sağlam görünüş verir.  
Saç zərdabından necə istifadə etmək: bir necə damcı əlin içinı tök və əllərini bir-birinə sürt, daha sonra nəm və ya yalnız dəsmalla qurumuş saçlara çək. Saç dərisini məhsuldan qoru. 









Mətn: Şəkil: Oriflame Editorial team