İsti havaya baxmayaraq necə gözəl qalmaq olar?

İsti və ya nəm hava nəinki makiyaj və saç düzümünü korlaya, hətta dərinin vəziyyətində belə özünü büruzə verə bilər. Xöşagəlməz vəziyyətdən necə çlxmağı bilmək istəyirsən? Biz anladacağıq!

PROBLEM №1: İSTİ HAVADA SƏPKİLIR ƏMƏLƏ GƏLİR
İsti günlərdə üzdə yaranan səpkiləri aradan qaldırmağın ən yaxşı variantı düzgün təmizlənmədi. Üz təmizlənməsi üçün cihaz hətta ən dərin cirkləri belə təmizləyərəkməsamələri açmağa kömək edəcək. Tonik isə majuyaj qalıqlarını təmizləyəcək. Əgər üz dərin məhz yay aylarında səpməyə meyillidirsə, onda iltihab aradan qaldıraraq məsamələri təmizləyən  mineral tərkibli gil maskalardan istifadə et. Höpdurucu salfet isə xoşagəlməz parıltını təmizləyərək, üz dərisini gün boyu quru saxlayacaq. 

 

PROBLEM №2: NƏM HAVADAN SAÇLAR  HƏCİMLƏNİR
Kondisionerli şəraitdən isti və ya nəmli havaya çıxsan, bu sənin saçlarının xöşuna gəlməyəcək və nəticədə saçlarının düzdüyü forma sənin xöşuna gəlməyəcək. Bu problemdən qaçmaq üçün saçlarına bütün uzunluğu boyunca yuyulmayan hamarlayıcı vasitədən çək. Xüsusilə nəm havalarda əlinizin altında quru şampun saxlamaq daha yaxşı olar. 

PROBLEM №3: NƏM HAVALARDA SƏNİN MAKİYAJIN YAYILIR VƏ YA AXIR
Tərkibində yağ olan kremlər, mumlar və kosmetika isti günlərdə əriyib axa bilir. Ona görə də isti yay günlərində ağır kremlərlər və mineral tərkibli tonal əsasları maye formullu ВВ- və СС-kremlərə dəyişməyi tövsiyə edirik. Nəm havada krem ənlik və göz kölgələri yeninə tozvari kirşana dəyişməyiniz daha yaxşı olar.  Onu praymerin üstündən çək. Tuşun axmasının qarşısını almaq üçün isə bizim sevimli The ONE 5-i 1-də tuşundan istifadə et.


 

PROBLEM №4: GÜNƏŞ ŞÜALARININ DƏRİYƏ TƏSİRİ
Yay günlərində biz az geyim geyinirik, ona görə də dərimiz gün şüalarına daha çox məruz qalır. Uzunmüddətli Ultra bənövşəyi şüaların təsiri xərçəng olma ehtimalını artırır, həmçinin dərinin qurumasına səbəb olur. Əgər qışda istifadə etdiyin vasitələrin tərkibindəki SPF kifayət qədərdisə, bunu yayda mütləq olaraq artırmaq lazımdır. Sən üz üçün daha yüksək müdafiəediciyə malik kremlərdən, bədən üçün isə bədəndə yağışqan iz saxlamayan vasitələrdən istifadə edə bilərsən. 

PROBLEM №5: TƏR İZLƏRİ
Bəzi insanlar digərlərinə nisbətdı daha çox tərləyirlər. Lakin buna baxmayaraq təz izləri heç kəsin xoşuna gəlmir. Sadə həll - "risk zonasına" bir qədər talk çəkməkdir. Talkın tam qurumasını gözlədikdən sonra həmin hissəyə ayaqlar üçün krem-antipersperantdan istifadə et. 









Mətn: Şəkil: Getty Images