Макияж Киры Пластининой

Kira Plastininanın makiyajı kimi

"Nyud" qammasında dəbli makiyaj dünyaşöhrətli dizayner və Orifleymin Byuti-yarışmasının jürisi Kira Plastininanın nümunəsində.

Dizayner Kira Plastinina bütün dünya üzrə xanımların nə istədiklərini dəqiq bilir  –  22 yaşında o Rusiya, MDB ölkələri, İspaniya və ABŞ-da da üç mindən artıq mağaza açıb. Kiranın dəbdən, yalnız trendlərdən deyil, gözəllikdən də başı çıxır. Anun nude qammasında aktual makiyajından danışaq. 

Макияж в стиле "нюд"

1. ƏSAS

Dərinin qüsurlarını gizlət. Süngərin iti küncü ilə sızanaq və piqment ləkələrin üzərinə konsiler çək. Tonal cc-krem vasitəsilə üzünün rəngini bərabərləşdir. 

2. MÖHTƏŞƏM MƏHSULLAR 

Üzə daha gözəl forma vermək üçün haylayter və qaralma effektli donuq kirşandan istifadə et. Haylayteri gicgahlar istiqamətində almacıqlarına, burun və çənənin yuxarı hissələrinə çək. Yağlı parıltı deyil, yüngül sayrışma effektinə nail olmaq üçün haylayteri barmaqlarınla səliqə ilə yay. Böyük fırça götür və yüngül hərəkətlərlə kirşanı almacıqlarına çək. Səliqə ilə yay. Yanaqlarını şaftalı çalarlı ənliklə vurğula. 

Макияж в стиле "нюд"

3. QƏLBİN AYNASI 

Qaşlarını yüngülcə qəhvəyi kölgə və ya qələmin köməkyilə tündləşdir, dara və şəffaf gel ilə möhkəmləndir. Aşağı və yuxarı kirpiklərinin çıxma hissələrini  qara və ya tünd-boz qələm ilə vurğula. Gözlərin daxili künclərinə və qaşların altına bej kölgələr çək. Yuxarı göz qapağının hərəkətli hissəsinə qrafit göz kölgələri çək və yüngülcə yay. Gecə makiyajı üçün parıltılı metal çalarlı kölgələr uyğundur.

Daha ifadəli kirpiklərə nail olmaq üçün uzunluq bəxş edən tuşu əvvəlcə diblərə, sonra isə bütün uzunluq boyu çək. Tuş quruduqdan sonra ikinci qatı çək. Fırçanı azca aşağı kirpiklərinə də toxundur. 

Макияж в стиле "нюд"

4. DODAQ AHƏNGİ 

Bu üsluba daha çox təbii çalarlı nəmləndirici yarımşəffaf dodaq boyası uyğundur. Gecə makiyajı üçün parlaq, məsələn, mərcani və ya gavalı rəngində dodaq boyasını götürmək olar.  

6. HƏR ŞEYİN ƏSASI 

Sanki dəniz küləyinin toxunduğu təbii buruq effekti yaratmaq asandır. Nəm saçların diblərinə həcm verən vasitə vur, uzunluq boyu isə muss çək. Başını aşağı edərək dibləri fenlə qurula. Saçlarını ovuclarında sıxaraq qurula - belə halda sən dağınıq buruqlar əldə edəcəksən. Saçlarını qeyri-bərabər şəkildə ayır, saç lakı vur. Saçlarını yüngülcə əllərinlə dağıt. 


Mətn: Şəkil: Kira Plastininanın arxivi, Oriflame