DIY: 3+1 ideya, Yeni il hədiyyələrini necə qablaşdırmaq olar

Səncə, yalnız peşəkarlar hədiyyələri gözəl şəkildə qablaşdıra bilər? Heç də yox! Üç ideya hazırladıq - video dərslərə bax və hədiyyələri gözəl şəkildə bəxş et!

BİRİNCİ ÜSUL
Dəbli, parlaq və yeni il ideyası - Milad ağacını bəzəməyə və "Last Christmas I gave you my heart" deyərək zümzüməyə başlayan hər kəs üçün. Video təlimində göstərildiyi kimi hədiyyəni kraft kağızı ilə sarı. Qablaşdırmanın səliqəli görünməsi və dağılmaması üçün onu içəridən iki tərəfli skoçla möhkəmləndir. Təbrik və ya arzunu yaz və yapışdır, sonra hədiyyəni küknar budaqları, qırmızı və ağ muncuqlar və qablaşdırma üçün möhkəm iplə bəzə.

 

İKİNCİ ÜSUL
Kreativlik və minimalizm: qeyri-standart həllərin bütün sevənlərinin xoşuna gələcək. Hədiyyəini qablaşdırma kağızı ilə sarı (düz ağ variantı məsləhət görürük). Kenarları iki tərəfli skoçla bərkit. Qalın ipləri götür, bir neçə kiçik Milad ağacı bəzəklərini bağla və hədiyyəni sarı. Aydın təlimatlar yoxdur: tam yaradıcılıq azadlığı!

 

ÜÇÜNCÜ ÜSUL
Və bu ideya bütün şirin sevənlərin xoşuna gələcək! Kraft kağızını götür, üzərinə hədiyyəni qoy və onu elə bük ki, yuxarıda "cib" alınsın. İki tərəfli skoçdan istifadə et. Cibə zəncəfilli peçenye və bir şam ağacı budağını qoy və hədiyyəni lentdən hazırlanmış bant ilə bəzə.

 

...VƏ DAHA BİR ÜSUL
İstənilən hədiyyəni bayram paketləri ilə xüsusi etmək olar. Hər birinin üzərində səni kiçik bir sürpriz gözləyir: Yeni il sehrini görmək üçün kameranı Oriflame tətbiqindəki yan tərəfindəki koda yönəlt.

Mətn: Şəkil: Oriflame