Ətirləri onlayn olaraq necə almaq

Ətirləri internet vasitəsilə sifariş verməyə hamı cəsarət edə bilmir. Çünki ətirin qoxusunu ümumdünya şəbəkəsiylə ötürmk hələ ki, mövcud deyil. Ancaq buna baxmayaraq onlayn olaraq təhlükəsiz ətir seçimi mövcuddur. Biz sənə bu barədə danışacayıq.

MÜQAYİSƏ ET

İndi istifadə etdiyin ətrin hesabatını götür. Onun hansı qrupa aid olduğunu və hansı notlardan istifadə olunduğunu öyrən. Bəlkə sən gül ətirlərinə üstünlük verirsən? Əgər belədirsə çəkinmədən internet vasitəsilə məhz belə ətirləri axtar.  Əgər sən ətir seçdikdə onun sənə nə dərəcədə uyğun gələcəyinə tərəddüd edirsənsə, bu barədə Fragrantica.com kimi saytlardan oxuya bilərsən. 

İCMALI OXU
Əlbəttə ki, sənin fikrin forumun digər iştirakçılarının fikriylə üst-üstə düşməyə bilər. Ancaq ətrin icmalını oxumaq sənə parfüm haqda məlumat verəcək. Məsələn, əgər ətri haqqında hamı onun daha tünd iyli olduğunu söyləyirsə, sənə də əksinə açıq iyli ətirlər xoş gəlirsə, deməli bu ətiri seçmək lazım deyil.  Həmçinin ən yaxşı informasıya mənbəyi byüti-bloqlardır. 

ÜSTÜN TUTDUQLARINI BİL

Ətirlərin müxtəlifliklərində məhz nələrin sənə xoş gəldiyini anla: оdekolon (eau de cologne), tualet suyu (eau de toilette) və ya parfüm suyu (eau de parfum). Odekolon daha dolğun ətirə malikdir, lakin tualet suyu əla təravətləndirir, parfüm suyu isə hamıya məlum olduğu kimi saatlarla sizə gözəl ətir bəxş edir. Əgər sənə daha qalıcı ətir lazımdırsa onda parfüm suyunu (parfum) seçin. Ən əsası möcüzəli düymə olan “ almaq” düyməsini basmamışdan öncə sənə nə lazım olduğunu dəqiqləşdir


DİLİ ÖRYƏN

Professionalların terminlərini öyrənsən onların dilində danışa biləcəksən. Əgər ətiri “ intensiv”, “cazibədar”və ya “ əhatə edən” sözlərilə təsvir edirlərsə, çox ehtimalla söz xüsusi günlər üçün uyğun gələ biləcək odun notlu ətirlərdən gedir.  Lakin ətir “coşğun” və “çılğın” sözlərilə təsvir edilirsə demək bu ətir daha çox zərif və meyvə ətirləridir. 


QABLAŞDIRMAYA FİKİR VER

Ətrin qablaşdırıldığı flakon forması və görkəmi ilə daxilindəki ətir haqda çox şey deyə bilər. Qızılı qablaşdırma və flakon dəbdəbədən xəbər verərərk daha çox axşam ətirləri hesab olunur.  Açıq-mavi  və açıq-yaşıl rəngli flakonlar təbii olaraq tərkibində daha çox təbii və təravətli ətirləri  birləşdirərrək daha çox gündüz istifadə olunur. Çəhrayı flakondakı ətirlər isə zərif gül notlu ətirləri təşkil edir. 

SƏNİN BURNUN KİMDİR
Məhşur ətriyyatçılar parlaq tanınan tərzə malik olurlar. Belə ki, əgər sənə ətriyyatçının hər hansı bir ətri mükəmməl gəlirsə, demək digər yaratdığı ətirlər də uyğun gələcək. 


QİYMƏTLƏRİNƏ BAXMA  

Ətirlərə gəldikdə burda” bahalıdırsa yaxşıdır” prinsipi uyğun gəlmir. Digər keyfiyyət göstəriciləri qiymətdən daha üstündür.

Mətn: Şəkil: Fotolia, Shutterstock