Dodaqları vizual olaraq həcimli etməyin 5 qaydası

Dolu və həcimli dodaqlar - mövsümün ən aktual trendidir. Lakin təbiət səni belə dodaqlar verməyibsə, narahat olma. Orifleymin Art-direktoru Yonas Vramel, bu vəziyyəti makiyajın köməyilə necə düzəltməyi anladacaq.

MƏSLƏHƏT №1. DÜZGÜN RƏNG ÇALARLARI SEÇ

“Rəng və işıq sənin dodaqlarının necə görsənmələrinə böyük təsir edir.  Əgər sənin əsas məqsədin həcimli dodaq effekti yaratmaqdırsa, onda tünd rənglərdən qaçmaq lazımdır. Bu insanların rəngləri qəbul etməkləri ilə bağlıdır -  yəni tünd rəngli predmetlər gözü aldadaraq onları daha balaca qəbul etdirir, açıq rənglər isə əksinə, daha çox işıqlı olduqlarına görə həcimli görsənərək, gözə daha böyük görünürlər. Mən demirəm ki, sevimli gavalı rəngli dodaq boyanı atasan, lakin, eyni rəngin daha açıq çalarlarından istifadə etsən dodaqların daha həcimli görsənməyinə nail olarsan”.


MƏSLƏHƏT №2: MÖCÜZƏLİ QƏLƏM

“Dodaqları vizual olaraq həcimli görsətməyin əsas qaydalarından biri də - mənim “ Möcüzəli qələm” adlandığım texnikadan istifadə etməkdir“. “Nyud” çaları və ya maye-aələm götürərək dodaqların konturundan bir qədər yuxarı nazik xətt çək və ya kiçik nöqtələr qoyaraq fırçayla yay. Bu texnikada, dodaq üçün qələmdən belə istifadə etməyə ehtiyac olmayacaq. Ancaq bunu çox səliqəli etməlisən, çünki səliqəsiz və çox etdiyin halda, indi bu dəqiqə süd içmiş kimi görünəcəksən”.


MƏSLƏHƏT №3 İŞIQLA OYNAMAQ

«Daha bir qayda işıqla oynamaqdır. Bir qədər xaylayter və ya konsileri üst və alt dodağın ortasına çək. İşıq məhz bu hissələrə düşərək dodaqları vizual olaraq daha həcimli görsədəcək”.

 

MƏSLƏHƏT №4 OMBRE TEXNİKASI

“Dodaq üçün istifadə olunan parıltı, zər və ya xaylayteri sevmirsənsə sənə imbre texnikası uyğun gələcək. Bu texnikası etmək üçün 2 rəng – açıq və tünd rənglər lazım olaraq. Belə ki, dodaqlarının konturuna tünd rəngli qələm və ya dodaq boyasını çək. Orta hissələrə isə açıq rəngli dodaq boyasını çək. Kontura çəkdiyin dodaq qələmi öz təbii konturundan bir qədər qırağa çıxa bilər. Daha sonra dodaq fırçası ilə dodaq boyasını yaxşıca yayaraq hər iki rıngi birləşdir. Bu texnika dodaqları vizual olaraq həcimli etmək üçün üçqat effekt verir”.

Bizim “Ombre texnikasında dodaq makiyajı” videodərsinə bax. 


MƏSLƏHƏT №5 PARILTI

«Dodaqlar üçün parıltı! Sadə və effektli vasitədir: sadəvə olaraq sevimli dodaq boyanızın üstündən çəkərək parıltı ver. Parıltı sayəsində dodara işıq düşərək onları daha həcimli görsədəcək“.

Bizim videodərsimizə baxaraq dodaqların vizual həcimli etmək üçün digər qaydalara da bax. 






Mətn: Şəkil: Kristin Wreyford