Çatlamış dodaqlardan qurtulmaq

Soyuq hava sənin dodaqlarına pis təsir edə bilər. Onlar quru və çatlamış ola bilərlər. Ancaq bir neçə üsul bu problemdən qaçmağa kömək edəcək.

NƏMLƏNDİR
Bilirdinmi ki, dodaqlar digər bədən üzvləriylə müqayisədə daha çox quruyur? Nəmlənmənin azalması isə dodaqları sətləşdirir və çatladır. Ona görə də orqanizmdəki maye balansını qorumaq üçün gün ərzində 8 stəkana qədər su içmək lazımdır.

ANCAQ ƏLSİZ!
Bəli, bəzi vaxtlarda dodaqdakı qurumuş qabığı dırnaqla çıxartmaq istəyirik. Ancaq bunu qətiyyən eləmək olmaz. Bu zədələnmiş hissədə qanaxmaya səbəb ola bilər. Açıq yaraya isə çox asanlıqla infeksiya keçə bilər. Ona görə də sadəcə olaraq özünü ələ al.

ARI MUMU
Tərkibində arı mumu olan balzamlara üstünlük ver. (məsələn, Tender Care). O daxildən nəmlənməni saxlayaraq mikroçapıqlardan infeksiya keçməyinə imkan vermir və soyuq havalarda dodaqlarını çatlanmadan qoruyur. Maraqlı fakt: hər dəqiqə dünyada 7 Tender Care satılır.




" Sənin dodaqların digər bədən üzvlərilə müqayisədə daha çox mate ixrac edir..."

QORUN

Избавляемся от потрескавшихся губHava çox şaxtalı, yaxud küləkli olduqda dodaqları çatlamadan və donmaqdan qorumaq üçün üzünü şarfla ört.  


SKRABDAN İSTİFADƏ ETMƏYİ UNUTMA
Həftədə bir dəfə qabıq vermiş dəridən qurtulmaq üçün skrabdan istifadə et. Həmçinin dodaqlarını istifadə etmədiyin diş fırçası ilə də sürtə bilərsiz, ancaq bundan sonra sakitləşdirici balzamdan istifadə etməyi unutma. 

SPF
Günəş şüalarından müdafiə dərinə lazım olduğu kimi dodaqlarına da lazımdır. Havadan asılı olmayaraq həmişə dodaqlarına SPF tərkibli balzam istifadə et.


DODAQLARINI YALAMA
Dodaqları yaladıqda dodaqların təbii üst örtüyünü yuyulur və nəticədə onlar quruyub çatlayırlar. 

 

QİDAYA FİKİR VER
Sənin qəbul etdiyin qida mütləq olaraq dodaqlarına da təsir edir. A vitamini tərkibli qida ( yumurta, süd və kök) sağlamlığı qoruyub bərpa etməyə, yarpaqlı tərəvəzlərin tərkibində olan Vitamin E isə dərini hamarlaşdıraraq qırışların yaranmasının qarşısını alır. 


NƏFƏS ALMAĞI UNUTMA
Ağızla nəfəs almağı unut, çünki bu dodaqları qurudur. Ancaq burunla nəfəs al!

 

Mətn: Şəkil: Fotolia & Oriflame Editorial Team