Uzun kirpiklərin 4 qaydası

Süni, uzadılmış, rənglənmiş… uzun və sıx kirpiklər əldə etmək üçün biz çox şeyə hazırıq, lakin ekstremal tədbirlər hər zaman lazımdırmı?

1. TƏMİZLƏMƏ
Makiyajı təmizləyərkən bir hərəkətlə makiyajı silmək həvəsinə düşmə. Bu sənin kirpiklərini əsaslı şəkildə zədələyə bilər. Suyadavamlı tuşu yumağının və ya sadəcə üzünü yumağının fərqi yoxdur, gözətrafı nahiyənin xüsusi diqqət və münasibətə ehtiyacı vardır. Kirpiklərin sənə minnətdar olacaqlar.  

2. DİYETA VƏ VİTAMİNLƏR
necə qidalanmağın bütün bədəninə, həmçinin kirpiklərinə təsir göstərir. Protein, A, C və E vitaminləri ilə zəngin qida dəri və saçlarının sağlamlığını qorumağa kömək edir. Saçların tökülməyinin qarşısını alan - dəmirə malik qida əlavələri və keratinin tərkibindəki əsas amin turşusu - L-sistein xüsusi rol oynayır. Biz Saç və dırnaqlar üçün Wellness nutrikompleksini tövsiyə edirik. 


3. NƏMLƏNDİRMƏ
Kosmetika istehsalçıları iddia edirlər ki, zərdablar kirpikləri möhkəmləndirir, lakin yatmazdan əvvəl onların üzərinə dodaq balzamı çəkmək ən sevdiyimiz nümunələrdən biridir. Bəli, biz səhv etmirik, məhz dodaqlar üçün. Kirpiklərin uclarına (diblərinə deyil!) bir damcı balzam bütün gecə ərzində nəmləndirmə və qulluq ilə təmin edəcək.  

4. AĞILLA SEÇ
Uzun kirpiklər əldə etmək üçün əyilən fibralı mikroliflərə malik tuşdan istifadə et. O xüsusilə topalarsız hamar çəkilmə üçün yaradılmışdır və hər kirpiyi səliqə ilə rəngləyir. Bizim seçim - Kirpiklər üçün ultrauzadıcı The ONE Instant Extensions tuşudur.

Mətn: Şəkil: Shutterstock