Dəri təmizlənməsinin qızıl qaydası

Təmizlənmə – istənilən dəri qulluqğunun əsas mərhələsidir. Bu sadə və başa düşülən olsa da, biz sizə təmizləmin əsas qaydalarını anladacayıq. Bizim təlimatlarımızı sona qədər oxuyaraq təmizləmədə nəyi etmək və ya etməməyi öyrənin.

ÜZ DƏRİSİNİ SƏHƏR VƏ AXŞAM TƏMİZLƏMƏK LAZIMDIR
Gecələr üz dərisi bərpa olunur və bu prosesdə kifayət qədər sebum ifraz edir. Səhər təmizlənməsini əsas məqsədi - üz dərisindən artıq yağı təmizləyərək onu zərdab və nəmləndirici kremin istifadəsinə hazırlamaqdır. Axşamlar sənin əsas məqsədin makiyajı silmək və gün boyu yığılan çirk və artıq yağə təmizləməkdir. Bu qıcıqlanmaların əmələ gəlmə şanslarını azaldaraq üzdə qırışlar və yaşlanma ləkələrini azaldaraq dərinin elastikliyini saxlayır. İnan ki, nəticəni görmək üçün bu prosedurları hər gün etməyə dəyər. 

ÜZÜ ADİ SABUNLA YUMAQ OLMAZ
Adi sabun yüksək pH-la fərqlənərəq üz dərisi üçün nəzərdə tutulmayıb. Əllərini yuduğun sabun dərinin təbii müdafiə qatını məhv edəcək, onu qurudacaq və dərinə xoşagəlməz dartılma hissi verəcək. 

ÜZ DƏRİNƏ UYĞUN OLAN TƏMİZLƏYİCİ VASİTƏDƏN İSTİFADƏ ET
Məhz üz dərinin növünə və onun tələbatlarına uyğun olan təmizləyici vasitədən istifadə et. Çünki, elə bir məhsul yoxdur ki, hamıya uyğun gəlsin. Təmizləyici süd zərif krem tekstura malik olaraq yuyulma zamanı köpük vermədiyinə görə quru və yaşlı dəriyə uyğun gəlir. Lakin yuyulma üçün gel dərini təmizləyərək  yumşaltdığı üçün yağlı və normal dəriyə mükəmməl uyğun gəlir. 

ÜZ DƏRİSİNƏ DARTILMA HİSSİ VERƏN MƏHSULLARDAN İSTİFADƏ ETMƏK OLMAZ 
Əgər üz dərisini təmizlədikdən sonra üzündə dartılma hissi varsa, demək istifadə etdiyin təmizləyici vasitə həddindən artıq aqressiv olaraq üz dərisinin təbii müdafiə qatını zədələyir. Çox vaxt belə məhsullardan yağlı dəri sahibləri istifadə edirlər. Lakin bu düzgün deyil. Çünki bu cür məhsullar daha çox yağ ifrazına səbəb olur. 

ÜZ DƏRİSİNİ TƏMİZLƏMƏK ÜÇÜN CİHAZDAN İSTİFADƏ ET
Üz təmizlənməsi üçün cihaz – sənin gündəlik qulluq prosedurlarının növbəti mərhələsidir. Cihazın fırçasına bir qədər təmizləyici vasitə əlavə edərək üz dərini bir dəqiqə ərzində təmizlə. Bu üzdəki çirk, makiyaj qalıqları və ölmüş hüceyrələri təmizləyərək məsamələri təmizləyəcək. Həmçinin stimullaşdırıcı proses üz dərisini daha parlaq edir. 

TONİKDƏN İSTİFADƏ ET
Üz təmizlənməsinin ikinci mərhələsi - tonikdir. O, təmizləyici vasitənin öhtəsindən gəlməyən makiyaj qalıqları və çirki təmizləyir, məsamələri vizual olaraq kiçildir, dərinin pH balansının bərabərləşdir və dərini zərdab və kremin istifadəsinə hazırlayır. Tonikin istifadəsi üçün sənə pambıq və ya pambıq disk lazımdır. 

QAYNAR SU İLƏ YUYUNMAQ OLMAZ
Bu nə qədər də xoş hisslər versə də, bunu heç vaxt etmə. İsti su üz dərisini çox qurudur, ona görə də ancaq otaq temperaturlu sudan istifadə et. 













Mətn: Şəkil: Kristine Wreyford, Fotolia