Necə xöşbəxt olmaq

Hətta həyatında xoşbəxt sürənlər belə, daha artıq xöşbəxt olmaqdan imtina edə bilməzlər. Sənə həyat keyfiyyətini artırmağın 10 sadə yolunu başa salacayıq!

1.  İDMANLA MƏŞĞUL OL 
Sən idmanla məşğul olarkən orqanizm ağrını azaldan və eyforiya hissi yaradan kimyəvi birləşməni - endorfini hasil edir. Həmçinin idmanla məşğul olarkən stress hormonunun səviyyəsi aşağı düşür və nəticədə insan daha çox sakitləşərək özünü xöşbəxt hiss edir. 

2. KİFAYƏT QƏDƏR YAT 
Bilirdinmi ki, neqativ və pozitiv emosiyalara beynin müxtəlif sahələri cavab verir? Tətqiqatlar göstərmişdir ki, yuxu çatışmazlığı sənin beyninin yalnız neqativə fokuslayır. Məhz ona görə də sən nə qədər çox yatarsansa fikirlərin və əhval-ruhiyyən bir o qədər yüksək olar. 
 
3. ÜNSİYYƏT QURMAQ
İnsan – sosial varlıqdır. Hətta introvert insanlar dostlar və ailə üzvləri ilə ünsiyyətdən həzz alırlar. Statistikaya görə də ünsiyyətçil insanlar daha möhkəm sağlamlıqla seçilərək çox yaşayıllar. Nəyə görə də köhnə rəfiqənə zəng vurmayasan? 

4. GÜN VANNASI QƏBUL ET
Günəşli havalarda bizim orqanizmimiz xöşbəxtlik hormonu olan neyromediator serotonin hormonları hasil edir. Bunun üçün - təmiz havada 20 dəqiqəlik gəzintidi!

5. TƏBİƏTDƏ OL
Açıq havada - meşədə, şəxsi bağında və ya gəzintidə olmağından asılı olmayaraq sənin əhval-ruhiyyəni dəyişəcək. Alimlər bildirirlər ki, həyat enerjisini yaxşılaşdırmaq üçün yaşıllığa baxmaq lazımdır. 

6. İNSANLARA KÖMƏK ET
Necə deyəllər vermək almaqdan daha yaxşıdır və bundan həqiqət var. Müşahidələr göstərir ki, ətrafındakı insanlara vaxt ayırmaq və onlarla nəyisə bölüşmək insanı daha xöşbəxt edir. 

7. ƏŞYALARI DEYİL, TƏƏSSÜRSTLARI ƏLDƏ ET 
Sübut olunmuşdur ki, əgər sən pulu hər hansısa bir təcrübə və ya təəssürata xərcləyirsənsə bu səni hər hansı əşyanı almaqdan daha xöşbəxt edir. Ona görə də yeni ayaqqabı və ya rəfiqənlə restoranda şam etməyi seçimi arasında qalmısansa, düşünmədən şam yeməyini seç. 

8. GÜLÜMSƏ
Xoş xatirələri yada saaraq gülümsəmək insanın əhval-ruhiyyəsini artırır. Hətta heç də gülümsəmək istəmədiyin vaxt belə bu işləyir. 

9. MEDİTASİYA ET
Meditasiya etmək stresi aradan qaldıraraq xöşbəxtlik hissini yüksəldir. Meditasiyaya başlamaq üçün xüsusis təlim əlavələrini yükləmək və ya kurslara yazılmaq lazımdır. 

10. TƏŞƏKKÜR ET
Yatmamışdan öncə gün boyu baş verən balaca və ya böyük hadisələrə görə minnətdar ol. Həmçinin minnətdarlığını dostun və ya yaxınınla bölüşə bilərsən. Bu hərəkət gün boyu baş verən bütün haxşı hadisələri yadına salacaq. 












Mətn: Şəkil: Getty Images