Saçlara yay qulluğu: 9 məsləhət

Günəş, dəniz, çimərlik və ya hovuz kənarında əyləncə - bunların heç biri saçlarımıza ziyan ermədən keçmir. Əgər sən onları gözəl və sağlam saxlamaq istəyirsənsə, bu məsləhətlər sənə lazım olacaq!

MƏSLƏHƏT №1: MASKALANMA
Çox quru və cansız saçlar  - həmişə xoşagəlməzdir, yalnız yay aylarında bu problemi aradan qaldırmaq xüsusilə çətindir. Saçlar üçün dolğun və qidalandırıcı maska bu problemi həll edərək onların korlanmasının qarşısını alır. 

MƏSLƏHƏT №2: GÜNƏŞDƏN MÜDAFİƏ
Yüksək dərəcəli günəş şüaları saçlarına mənfi təsir göstərir. Onlar saçları zəiflədir və solğun edirlər. Məhz ona görə də günəşli havalarda sənə papaq və saç şərflərindən istifadə etməyi tövsiyə edirik.  

MƏSLƏHƏT №3: NƏMLƏNMƏ
İsti və nəmlənmə istənilən saç dövrünü  korlaya bilir. Yalnız bir qədər arqan yağı və ya kokos yağı şişmiş saçları sakitləşdirərək, saç düzümünü tez bir zamanda qaydaya salır. 

MƏSLƏHƏT
 №4: HOVUZA GİRMƏMİŞDƏN ƏVVƏL
Hovuza və ya dənizə girməmişdən öncə saçlarını islat. İslanmış yaş saçlar duzun və xlorun təsirinə daha az məruz qalır. 

MƏSLƏHƏT №5: ÇİMDİKDƏN SONRA
Yaş saçları zədələmək quru saçları zədələmə nisbətən daha asandır. Lakin bəzi saçlarda nəm halda dolaşmış saçları daramadıqda, quruduqdan sonra bunu etmək heç mümkün olmur.  Ona görə də özünlə çimərliyə iri dişli daraq və saçlar üçün yuyulmayan balzam-qulluq götür.  

MƏSLƏHƏT №6: YAXALAMA
Duzlu su və xlor saçlarını zədələyə bilər. Ona görə də çimərlikdən sonra saçlarını dərhal təmiz su ilə yu və yuyulmayan kondisioner. 

MƏSLƏHƏT №7: YUMA
Çimərlik və ya hovuzda keçirilən gündən sonra sənin saçlarının xüsusi qulluğa ehtiyacı olacaq. Saçlarını bərpaedici şampunla yu və sonda günəş şüalarından qurumuş saçları nəmləndirmək üçün kondisionerdən istifadə et. 

MƏSLƏHƏT №8: GÖZƏLLİK VƏ QULLUQ
Saçları qurutmaq üçün ən yaxşı qaydası onların təbii şəkildə qurumasıdır. Xüsusilə də əgər gününü günəş şüaları altında keçirmisənsə. Lakin sən fensiz keçinə bilmirsənsə, onda feni otaq temperaturu dərəcəsinə qoy və temomüdafiəni spreyini də unutma. 

MƏSLƏHƏT
 №9: RƏNGLƏNMƏ
İsti yay günlərində saçlarının rənglənməməsi daha məqsədəuyğundur. Lakin saçlarının rənglənməsinin mütləq olduğunu düşünürsənsə bunu qızmar yay günü başlamamışdan bir ay öncə et. 









Mətn: