Waunt-u qarşıla – yeni makiyaj effektli qulluq kosmetikası brendi!

Sən heç vaxt olmadığın kimi parlaq olmaq və təzə təbii görünüşlərlə hamını valeh etmək istəyirsən? Onda bizim sənin üçün yaxşı xəbərlərimiz var! Tanış ol, bu, Waunt-dur – yeni makiyaj effektli qulluq kosmetikası brendi! Hər bir məhsulun əsasında innovativ texnologiya və sənin dərini xoşbəxt edən aktiv təsirli komponentlər durur. Daha çox məlumat əldə etmək istəyirsən? Tez oxu!

img-1.gif

"Makiyaj effektli qulluq" nə deməkdir?
Bu, məhz düşündüyün şeydir: yüngül make-up effektli qulluq kosmetikası (kremlər, maskalar, mistlər və s.). Yəqin ki, sən heç olmasa bir dəfə makiyaj məhsulu olan, habelə dəriyə qulluq xüsusiyyətlərinə malik olan, məsələn, dərini nəmləndirən BB və ya CC kremlərini sınamısan.WAUNT tam əksinə işləyir! İlk növbədə o sənə dəriyə möhtəşəm qulluğu bəxş edir və tortun üzərindəki albalı kimi dəbdə olan kosmetik effektləri təmin edir: parlaqlığı, matlığı, dəbli "makiyajsız makiyajı"! 

Qüsurların dərhal maskalanması
Sadəcə təsəvvür et: sən oyanırsan, nəmləndirici kremini, serumunu çəkirsən və ... sadəcə işə gedirsən! Bu zaman sənin dərin isə mükəmməlliyin təcəssümü kimi görünür. Waunt-un make-up xüsusiyyətləri məhz belə təzahür olunur. İndi sənin dərin makiyajsız belə tamamilə qüsursuz görünür. Parlaqlığın yüngül effekti isə xoşbəxt görünüşünü tamamlayır. 

Amma parlaqlıqdan başqa, Waunt-dan gözləyə biləcəyin başqa bir şey də var:  

   •   Prayminq – mükəmməl makiyaj bazasının yaradılması
   •   Blürrinq – qüsurların maskalanması
   •   Tonun bərabərləşdirilməsi – piqmentlər daha hamar örtük yaradır
   •   Hamarlaşdırma – dəri teksturasının yaxşılaşdırılması
   •   İşıqlandırma effekti – parlaq hissəciklər və kirşanlar sayəsində 
   •   Parlaqlıq effekti – nəmləndirmə, yağlar və parıldayan hissəcikləri sayəsində 
   •   Matlaşdırma effekti – dərinin yağlılığını azaldan kirşanın sayəsində nail olunur 

 

Nəmləndirmənin yeni səviyyəsi
Dəriyə qulluq – bu, həmişə nəmləndirmə ilə bağlıdır. Və bu baxımdan Waunt çox yaxşıdır! Hər bir məhsulun əsasında Hydrosphere-in xüsusi texnologiyası durur: o, dərinin qoruyucu funksiyalarını artırır, daxildən nəmin itirilməsinin qarşısını alır, xaricdən isə nəmi yavaş-yavaş buraxan və 24 saat ərzində kliniki sübut edilmiş nəmləndirməni bəxş edən akvaqat əmələ gətirir. 

İndi, sən makiyaj effektli qulluq haqqında hər şeyi bildiyin vaxt, gəl ən maraqlı şeylərə keçək: bəs bu kosmetikadan necə istifadə etmək lazımdır? Cavab sadədir: sən Waunt-dan istədiyin kimi istifadə edə bilərsən: ayrı-ayrılıqda, birlikdə və ya təkrarolunmaz görünüşlər yaratmaq üçün müxtəlif birləşmələr şəklində. 

Təbii parlaqlıq
Məsələn, əgər sən nəmləndirilmiş dəri və təbii parıltı effektini almaq istəyirsənsə, "Bərpa effekti" gecə maskasını, üz üçün "Ani nəmləndirmə effekti" krem-geli və "Bərabərləşdirici effekt" makiyajaltı bazanı birləşdirə bilərsən. Birlikdə bu məhsullar güclü nəmləndirmə təsirini bəxş edəcək və parıldayan hissəciklər sayəsində parıltı əlavə edəcək. Makiyajaltı bazanın tərkibində isə sənin dərini parlaq edən, lakin ona parıltı verməyən xüsusi yağlar var! 

img-3.jpg 

Mat dəri
Əgər dəridə qızartı və qeyri-bərabərliklər varsa, üz üçün "Parıltı effekti" toner-misti, gözətrafı dəri üçün "Təravətli baxış effekti" stikini və "Dzen-effekt" gündüz kremini birləşdir. Birlikdə onlar dərinin nəmləndirilməsini və hidratasiyasını təmin edəcək, tonu bərabərləşdirəcək və düzəldəcək və yumşaq yarımat finiş sayəsində qızartıları əhəmiyyətli dərəcədə azaldacaq.   

Tam təbiilik
Əgər make-up effektləri üçün əhval-ruhiyyən yoxdursa, sadəcə olaraq üz üçün "Dəyişmə effekti" təmizləyici balzamın, "Effektli təmizləmə" isidici maskanın və üz üçün "Parlaqlıq effekti" toner-mistin köməyi ilə öz dərinin gözəlliyini vurğulaya bilərsən. Bu məhsullar dərin təmizləməni və qidalanmanı təmin edəcək, dərinin təbii parıltısını gücləndirərək onu sakitləşdirəcək və canlandıracaq.

Yekunlaşdıraq: makiyaj effektli qulluq – bu, rahat və müasirdir. Bu vasitələr çoxlu imkanlar açır: onları yalnız dəriyə qulluq üçün və ya dəbli "makiyajsız makiyaj" effektini yaratmaq üçün vasitə kimi istifadə edə bilərsən. Seçimindən asılı olmayaraq, bu yenə də sənin dərin üçün faydalı olacaq və ən azı ona əla nəmləndirməni və xoşbəxt görünüşü bəxş edəcək.

Necə düşünürsən, Waunt ruhlandırır? Onda şopinqə tələs!

Mətn: